Adil Qeybulla: "Daxili bazarda istehsal ediləcək dərmanlar xarici anoloqundan xeyli ucuz olacaq” Aydın Əliyev: "Xaricdən bu sahədə asılılığımız müəyyən dərəcədə aradan qalxacaq”
2018-ci ilədək Azərbaycanda artıq 4 dərman istehsalı zavodu fəaliyyət göstərəcək. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda Azərbaycan Beynəlxalq investisiya konfransında deyib. Nazir bu yaxınlarda Azərbaycan-Rusiya birgə əczaçılıq zavodunun təməlqoyma mərasiminin keçirildiyini xatırladıb: "Həmçinin bu ay İranla birgə əczaçılıq zavodunun təməlini qoyacağıq. Bundan başqa, hazırda biz daha iki oxşar layihəni nəzərdən keçiririk".
Bəs, görülən işlər fonunda dərman sahəsində xaricdən asılılığa son qoyulacaqmı və bu hal əczaçılıq sənayesinə nə vəd edir? Dərmanların qiymətinin ucuzlaşması mümkündürmü?
Tibb üzrə fəlsəfə doktoru, dosent Aydın Əliyev əmindir ki, yerli istehsalın həyata keçirilməsilə xaricdən asılılıq müəyyən dərəcədə azalacaq: "Azərbaycanda dərman istehsal edən zavodların tikilməsi hərtərəfli xeyirdir. Bu fonda dərmanların keyfiyyətinə cavabdehlik özümüzdən asılı olacaq. Həm istədiyimiz dərmanı istehsal etmək imkanı əldə edəcəyik. Həm də proses iqtisadi cəhətdən xeyirdir, işsizliyin aradan qaldırılmasına bu zavodların tikintisi xüsusi töhfə verəcək. Nəticədə xaricdən bu sahədə asılılığımız müəyyən dərəcədə aradan qalxacaq.
Həmçinin, bazarımız keyfiyyətsiz dərmanlardan xeyli dərəcədə xilas ola bilər. Həmin zavodların açılması müvafiq mütəxəssislərin Azərbaycanda da yetişməsinə gətirib çıxaracaq. Bununla yanaşı, Farmokologiya Elmi-Tədqiqat İnstitutunun yaradılmasına da başlamalıyıq. Proses həmçinin bazar qanunlarına müvafiq olaraq dərman preparatlarının qiymətini də ucuzlaşdıra bilər. Xüsusən ağır xəstəliklərin müalicəsində istifadə olunan dərman istehsalına girişsək, bu, daha yaxşı olar. İndilikdə isə ağır xəstələrin çoxu müalicə üçün xaricə üz tutur. Bir xəstəmiz xaricə getməklə bir neçə min dollara qədər pulu xaricə aparır. Belədə özümüz də büdcəmizə ziyan vururuq. Ancaqdərmanların daxili istehsalı fonunda büdcəyə də bunun xeyri olacaq”.
Tibb elmləri doktoru Adil Qeybulla düşünür ki, daxili istehsal dərman sahəsində xarici asılılığı müəyyən qədər azaldacaq: "Ölkəmizdə dərman istehsal edən zavodun fəaliyyətə başlaması yaxşı haldır. Bu fonda dərman preparatlarının idxaldan asılılığına müəyyən dərəcədə son qoya biləcəyik. Amma burada əsas məsələ müştərək olaraq dərman preparatları istehsal edən zavodların haçan tikilməsi və neçə ədəd olması deyil, bağlanan əməkdaşlıq formatının kimlərlə olması daha çox mühüm əhəmiyyət kəsb edir. Yəni bu əməkdaşlıq İranla, Rusiya və yaxud Avropa firmaları ilə olacaq.
Bütün dərmanların Azərbaycanda istehsalına can atmağa ehtiyac yoxdur. Bunu etmək də mümkün deyil. Amma tədricən sonrakı dövrlərdə bu çeşidi artıra bilərik. Sadəcə, gələcəkdə icbari tibb paketinə daxil olacaq, əhalinin ən çox istifadə etdiyi dərmanlar, məsələn antibiotiklər, ağrıkəsicilər, qan təzyiqi, şəkərli diabet və sairlə bağlı preparatların daxili bazarda istehsalı işimizi xeyli yüngülləşdirəcək. Düşünürəm ki, birinci növbədə ilkin dərman istehsalının beynəlxalq standartlara cavab verməsi mühüm şərtdir. Ona görə də əməkdaşlıq edəcəyimiz ölkə və firmanın reputasiyası böyük əhəmiyyət kəsb edir. Baza necə qoyulsa, proses o cür də inkişaf edəcək. Bu amilə diqqət yetirmək gərəkdir. Əsas diqqəti həmdə Avropa, Amerika dərman firmaları ilə əməkdaşlığa yönəltməliyik”.
Həmsöhbətimiz əmindir ki, daxildə dərman preparatları zavodlarının olması sözsüz ki, bu malların qiymətinin ucuzlaşmasına gətirib çıxaracaq: "Əlbəttə ki, hər halda daxili bazarda istehsal olunan dərmanların qiyməti xeyli ucuz olacaq. Çünki burada həm işçi qüvvəsi, həm də istehsal üzrə maya dəyəri məsələsi vardır. Bu baxımdan daxili bazarda istehsal ediləcək dərmanlar xarici anoloqundan xeyli ucuz olacaq. Bu da əhali və ölkənin özü üçün də iqtisadi baxımdan səmərəli olacaq”.
Rüfət NADİROĞLU