Bu gün Avropa Liqasının qrup mərhələsində VI turun oyunları keçiriləcək.
Bu gün Avropa Liqasının qrup mərhələsinin VI turuna start
verilib. Apasport.az saytının məlumatına görə, qrupun yekun
qarşılaşmaları ilə 1/16 finalın son vəsiqələrin sahibləri bəlli olur.
Turnirdə yeganə təmsilçimiz "Qarabağ” da meydana çıxıb. Ağdam klubunun taleyinə bu görüşdə aydınlıq gəlib.
Belə ki, F qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri
son sınaq qarşısında "İnter”lə üz-üzə gəlib. 1/16 final yolunda son
addımını atan təmsilçimizə bu oyunda istənilən hesablı qələbə də kifayət
idi ki, "Qarabağ” bunu reallaşdıra bilməyib.
Düzdü, oyuna əlavə edilmiş 4-cü dəqiqədə Riçard Almeyda hesabı açıb. Lakin çexiyalı hakim Mioslav Zelinka qolu qeydə almayıb.
Beləliklə, "İnter”lə qolsuz bərabərə (0:0) qalan Ağdam klubu
xalını 6-ya çıxararaq, qrupu 3-cü pillədə başa vurub. Ukraynada Fransa
"Sent-Etyen”ini 1:0 hesabı ilə məğlub edən "Dnepr” isə qrup ikincisi
kimi "İnter”lə birgə növbəti mərhələyə adlayıb.
1. |
İnter |
6 |
3 |
3 |
0 |
6:2 |
12 |
|
2. |
Dnepr |
6 |
2 |
1 |
3 |
4:5 |
7 |
|
3. |
Qarabağ |
6 |
1 |
3 |
2 |
3:5 |
6 |
|
4. |
Sent-Etyen |
6 |
0 |
5 |
1 |
2:3 |
5 |