AŞ­PA-nın qə­bul et­di­yi qə­rar­lar məş­və­rət xa­rak­ter­li­dir


"Məq­səd bey­nəl­xalq qu­rum­lar­da Azər­bay­ca­nın le­hi­nə çı­xa­rı­la bi­lə­cək qə­rar­la­rı ən­gəl­lə­mək­dir"
img

Əli Oru­cov: "Er­mə­ni­lər im­kan dü­şən ki­mi..."

Er­mə­ni­lər bü­tün sa­hə­lər­də für­sət düş­dük­cə, Azər­bay­ca­na yö­nə­lik təx­ri­bat­lar tö­rət­mə­yə cəhd edir­lər. AŞ­PA-nın Er­mə­nis­tan nü­ma­yən­də he­yə­ti­nin üz­vü Na­i­ra Zöh­rab­yan yer­li mət­bu­a­ta açıq­la­ma­sın­da bil­di­rib ki, qu­ru­mun yan­va­rın 23-27-də ke­çi­ri­lə­cək ses­si­ya­sı AŞ­PA pre­zi­den­ti Ped­ro Aq­ra­mun­ta ina­mı ifa­də edə­cək.

O bu­nu onun­la əsas­lan­dır­ma­ğa ça­lı­şıb ki, İta­li­ya pro­ku­ror­lu­ğu AŞ­PA-nın sa­biq vit­se-səd­ri Lu­ca Vo­lon­te­yə qar­şı id­dia qal­dı­rıb. Gu­ya o, Azər­bay­can tə­rə­fin­dən 2,5 mil­yon av­ro rüş­vət al­maq­da it­ti­ham olu­nur. Zöh­rab­yan he­sab edir ki, bu qal­ma­qal­da AŞ­PA pre­zi­den­ti Ped­ro Aq­ra­mun­tun da adı gö­rü­nə­cək. Na­i­ra açıq­la­ma­sın­da id­dia edir ki, Vo­lon­te hü­quq-mü­ha­fi­zə or­qan­la­rı ilə əmək­daş­lıq et­mək ba­rə­də ra­zı­lı­ğa gə­lib. Ey­ni za­man­da, Aq­ra­mun­tun da bu işin için­də ol­du­ğu­nu eti­raf edib. Onun söz­lə­ri­nə gö­rə, ifa­də­sin­də Vo­lon­te ar­tıq Aq­ra­mun­tun da adı­nı qeyd edib.

Na­i­ra Zöh­rab­yan açıq­la­ma­sın­da Azər­bay­can ha­ki­miy­yə­ti­nin ün­va­nı­na bir sı­ra əsas­sız it­ti­ham­lar səs­lən­di­rib. Gö­rü­nən odur ki, AŞ­PA səd­ri Ped­ro Aq­ra­mun­tun Dağ­lıq Qa­ra­bağ mə­sə­lə­sin­də bey­nəl­xalq hü­quq nor­ma­la­rın­dan çı­xış edə­rək möv­qe sər­gi­lə­mə­si er­mə­ni­lə­ri bərk na­ra­hat edir. Ona gö­rə də on­lar hər vəchlə bu cür si­ya­si fi­qur­la­rı şan­taj et­mə­yə ça­lı­şır. Məq­səd öz məkrli si­ya­sət­lə­ri­ni hə­ya­ta ke­çir­mək­dir.

Sö­zü­ge­dən mə­sə­lə ilə bağ­lı fi­kir­lə­ri­ni "Ba­kı-Xə­bər"lə bö­lü­şən AMİP Si­ya­si Şu­ra­sı­nın üz­vü Əli Oru­co­vun fik­rin­cə, Azər­bay­can hər za­man bən­zər təx­ri­bat­la­ra ha­zır ol­ma­lı­dır: "Bu nə ilkdir, nə də son. Er­mə­ni­lər im­kan dü­şən ki­mi, Azər­bay­ca­nı bey­nəl­xalq qu­rum­lar­da mü­da­fiə edən si­ya­si­lə­ri göz­dən sal­ma­ğa, qa­ra­la­ma­ğa ça­lı­şır. Bu da onun bir tər­kib his­sə­si­dir. Məq­səd bey­nəl­xalq qu­rum­lar­da Azər­bay­ca­nın le­hi­nə çı­xa­rı­la bi­lə­cək qə­rar­la­rı ən­gəl­lə­mək­dir. Düz­dür, AŞ­PA-nın qə­bul et­di­yi qə­rar­lar məc­bu­ri xa­rak­ter­li de­yil. Qu­rum Bir­ləş­miş Mil­lət­lər Təş­ki­la­tı, Av­ro­pa İt­ti­fa­qı ki­mi tə­sir rı­çaq­la­rı­na, bu­nu hə­ya­ta ke­çi­rə bi­lə­cək me­xa­nizmlə­rə ma­lik de­yil. AŞ­PA-nın qə­bul et­di­yi qə­rar­lar məş­və­rət xa­rak­ter­li­dir. An­caq nə qə­dər ol­ma­sa da, bu qu­ru­mun qə­bul et­di­yi qə­rar­la­rın mü­əy­yən si­ya­si əhə­miy­yə­ti var. Onu da qeyd et­mə­li­yik ki, qu­rum Dağ­lıq Qa­ra­bağ­la bağ­lı Azər­bay­ca­nın xey­ri­nə bir ne­çə qə­rar qə­bul edib. Bü­tün bun­lar, is­tər-is­tə­məz, bey­nəl­xalq müs­tə­vi­də Azər­bay­ca­nın möv­qe­lə­ri­nin möh­kəm­lən­mə­si­nə tə­sir­siz ötüş­mür. O üz­dən, er­mə­ni tə­rə­fi hü­cum tak­ti­ka­sı­nı se­çə­rək bu­na köl­gə sal­ma­ğa ça­lı­şır. Həm­çi­nin, bey­nəl­xalq ic­ti­ma­iy­yə­tin diq­qə­ti­ni di­gər mə­sə­lə­lə­rə yö­nəltmə­yə səy gös­tə­rir".

Vi­da­di OR­DA­HAL­LI