Azərbaycanda siyasət və siyasi fəaliyyət üçün meydan olmadığından...

Seçki kampaniyasının bir hissəsi arxada qalıb. Təbliğat-təşviqat mərhələsi hələ başlanmasa da müxalifət düşərgəsinin bir hissəsi martın 10-da icazəli mitinq də keçirdi. Lakin nə həmin mitinqin, nə də prezident seçkisi kimi ölkə üçün çox böyük əhəmiyyətli bir hadisənin belə Azərbaycan cəmiyyətindəki siyasi passivliyi dəyişə bilmədiyi, müxalifəti dirçəltmədiyi müşahidə olunmaqdadır.

AMİP kSiyasi Şura üzvü Əli Orucov isə bildirdi ki, normal halda indi cəmiyyətin də, müxalifətin də fəallığının pik nöqtəsi, mübarizənin ən kəskin dönəmi olmalıdır. Bu, sivil cəmiyyətlərdə bir qayda olaraq belədir. Çünki seçki kampaniyası siyasi aktivlik üçün ən əlverişli zaman olur: "Lakin Azərbaycanda siyasət və siyasi fəaliyyət üçün meydan olmadığından, seçki institutu sıradan çıxarıldığından həyat adi qaydada öz axarı ilə davam etməkdədir, sanki seçki yoxdur. Seçkinin sonunacan bu proses belə də davam edəcək. Cəmiyyətin də, cəmiyyətin ayrılmaz tərkib hissəsi olan müxalifətin də dirçəlməyinin yolu ölkədə siyasi sistemin düzəninin dəyişməsi və idarəetmənin və idarəetmə fəlsəfəsinin təkmilləşdirilməsindən keçir. Yəni inzibati amirlik, bütün sahələrə total nəzarət, demokratik təsisatlara və sivil toplum quruluşlarına, həmkarlara, media və sair kimi vacib elementlərə məhdudiyyətlər aradan götürülməlidir. Seçkilərə gəldikdə isə rəqibləri də iqtidar müəyyənləşdirməməlidir ki, marafona cəmiyyətin özü fəal qoşulmalı, seçkiləri də xalq özü aparmalıdir. İnzibati qurumlar isə texnki məsələlərlə məşğul olmalıdur”.