Banklar çökür

Ölkədə davam edən maliyyə böhranı banklara daha bir zərbə vurub. Məlumatlara görə, artıq kreditlə avtomobil götürənlər maşınları geri qaytarır. Bildirilir ki, bu proses 21 dekabr devalvasiyasından sonra vüsət alıb. Yüzlərlə vətəndaşlar kredit götürdükləri avtomobilləri geri qaytarıb.

Ekspertlər bildirir ki, bu proses banklara ciddi zərbədir. "Avtomobillərin geri qaytarılması onsuz da çökməkdə olan bankları daha da ağır vəziyyətə salacaq. Hətta mümkündür ki, bu proses bir neçə bankın bağlanmasına səbəb olsun. Nəzərə almaq lazımdır ki, Azərbaycanda kreditlə avtomobil götürənlərin sayı minlərlədir”, – deyə ekspertlər vurğulayıb