AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov Moderator.az-a açıqlamasında aprel döyüşlərinin iqtidar-müxalifət münasibətlərinə təsiri, bu münasibətləri nə dərəcədə yumşaldıb-yumşaltmadığı ilə bağlı ehtimalları dəyərləndirib. Ə.Orucovun sözlərinə görə, hərbi əməliyyatlar dönəmində milli birlik baxımından hər şey qənaətbəxş olsa da, bunun ardınca hakimiyyəti atdığı bəzi addımlar təəssüf doğurdu:
"Azərbaycan iqtidarı uzun illər müxalifətə düşmən mövqe sərgiləsə də, bacardığından da artıq pislilkər etsə də, aprelin 2-də Milli Ordunun uğurlu hərbi əməliyyatları bunları unutdurdu. Müzəffər ordumuzla yanaşı iqtidara ilk dəstək də məhz müxalifət düşərgəsindən gəldi. Demokratik qüvvələrin bir üstünlüyü də ondadır ki, həmin düşərgə üçün milli və dövləti mənafelər hər şeydən üstündür. Lakin həmin hadisələrin üzərindən qısa zaman ötmədən iqtidar yenə öz çirkin xislətini bir daha ortaya qoydu. Şəhidləri qanı üzərindən yenə oyun oynamağa başladılar. Radiolarda və TV-lərdə siyasi hakimiyyətin şəninə tərif dolu mahnılar davamlı olaraq səsləndirildi. Adını da qoydular milli vətənpərvərlik hissi. Ardınca müxalifətə yeni hücumlar həyata keçirməyə başladılar. AXCP sədri Əli Kərimli hücum hədəfinə çevrildi və s. Bunlar təbii ki, xoşagələn hal sayılmamalıdır və hansısa şübhələr yaradır. Bu şübhələr ilk növbdə 4 günlük müharibənin əsil səbəbləri, bundan sonrakı planlar və atılacaq addımlar barədədir. Çünkı cavab veriləcək suallar qalır və bu cavabları xalqa vermək əvəzinə başqatmaqla məşğuldular.
Hakimiyyətdəki bəzi insanlar anlamırlar ki, onlar istəsələr də, istəməslər də müxalifət var. Olacaq da. Bu, demokrtik cəmiyyətlərin vacib və vazkeçilməz instututudur. Bu institutların möhkəm olmağı dövlətin möhkəmliyinə və inkişafına, onun təhlükəsiliyinə zəmanət verir. Bu baxımdan da müxalifət düşərgəsini təmsil edən AMİP-n Siyasi Şurasının üzvü olaraq bir daha bəyan edirık ki, ərazi bütövlüyümüz, milli təhlükəsizliyimizin qorunması, eləcə də dövləti və milli maraqların təmini baxımından bizim üçün iqtidar-müxalifət bölgüsü olmayıb, olmayacaq da.
Ağıllı iqtidarlar yaranan fürsətləri xalqı və dövlətləri üçün, həmçinin də öz hakimiyyətləri üçün fövtə verməz”.