Öz fərdi düşüncələrini ictimailəşdirə bilən şəxslər cəmiyyətdə həmişə öndə olurlar. Onlar cəmiyyətin aradığı və ya hələ araya bilmədiyi fikirləri əvvəlcə ortaya gətirirlər. Sonra həmin problemlərin ictimai əhəmiyyətini analitik düşüncələri ilə cəmiyyətin müzakirəsinə çıxarır və həmfikirlərini müəyyənləşdirirlər.
Təbii ki, ortaya atılan məsələlər nəinki ictimai əhəmiyyət kəsb etməli, həmçinin cəmiyyətin müasir aparıcı istiqamətlərini əhatə etməlidir.
Dünyada gedən proseslərin qloballıq dərəcəsinin müəyyənləşdirilməsi düşüncədə çox böyük enerji məsrəfini tələb edir. Burada dözüm, təmkin, elm, profesionallıq və ən əsası da insanı dərk etmək qabiliyyəti əsas olur.
İnsanın psixofizioloji durumu onun davranış funksiyalarını göstərir. Psixobiokimyəvi reaksiyaları isə davranış hərəkətlərinin enerjisini müəyyənləşdirir. Yəni ictimai düşüncədə davranışa və ona lazım olan hərəkətə enerji lazımdır.
Bu fikri fərd kimi götürsək, həmin fərd öz bacarığını ortaya qoymalıdır, işləməlidir və uyğunda zəhməti qiymətləndirilməlidir. Şəxsiyyət kimi isə onun gördüyü işin əhəmiyyəti ilə yanaşı özünün də cəmiyyətdə sübutuna ən azı mane olunmamalıdır. Bu çox əhəmiyyət kəsb edən məsələdir. Açıq etiraf edək ki, Azərbaycanımız üçün də təəssüf ki, bu məsələ aktualdır. Qeyd olunmalıdır ki, hakimiyyətin ən yuxarı təbəqəsi ilə ziyalı və adi vətəndaş arasında olan məmur ordusunun üzərinə ən böyük və ən əsas Vətənpərvərlik yükü düşür. Fərd özünü şəxsiyyət kimi sübut edir, bununla yanaşı cəmiyyət də (oxu - dövlət, hakimiyyət) həmin istiqamətə təkan verməlidir. Bax o zaman ictimai düşüncə dövlət quruculuğunda əsas olardı. Bu isə yeni müstəqil dövlət quruculuğuna başlamış ölkələrdə istənilən problemlərin asan və ekonomik yollarının tapılmasına səbəb olardı.
İctimai düşüncənin düsturu isə fərqləndirmək xüsusiyyətinin işləməsidir. Prosesi, problemi hansı cəmiyyət fərqləndirməklə həll etmək isdəyirsə onun yaratdığı dövlət də müasir və demokratik dövlət olur.
Proses qıcıqdır. Qıcıq isə problemi üzə çıxarır. Qıcıq və problem müsbətdirsə həmin fikir, istiqamət cəmiyyətdə möhkəmlənir. İnsanın da təfəkkürü qıcığa, ona verilən reaksiyaya və nəticədə yaranmış hadisənin möhkəmliyinə əsaslanır.
Bu təfəkkürlü yolda Vətənimizə, Müstəqil Dövlətimizə uğurlar.
Aydın Əliyev
Tibb üzrə fəlsəfə doktoru, dosent. AMİP MŞ sədri