Konsititusiya dəyişikliyi ilə bağlı referendumdan sonra islahatların lokomotivinə çevrilə bilməyən Nazirlər Kabinetinin tam tərkibdə istefaya göndəriləcəyi gözlənilirdi.Hesab olunurdu ki, hakimiyyət əsasən yaşlı və islahata meyilli olmayan nazirlərdən ibarət komandanı dəyişəcək.Hökumət rəsmiləri də islahatlara gediləcəyi haqqında fikirlər səsləndirməklə bu gözləntini müəyyən qədər də olsa, gücləndirmişdi.Hətta islahat proqramının hazır olduğu vurğulanmışdı.
Amma artıq yeni ilin ilk ayı da arxada qalmaq üzrədir, ötən ilin nəticələrinə yekun vurulub, islahatla bağlı gözləntilər isə doğrulmayıb.Hökumətin bu yöndə heç bir addım atmaması, ümumilikdə proseslərin gedişi onu göstərir ki, yaxın gələcəkdə də geniş tərkibli islahat proqramının icrasını gözləməyə dəyməz.Nazirlər Kabineti nə istefaya gedəcək, nə də özündə güc tapıb islahat aparacaq.Görünən odur ki, hökumət köhnə idarəetmə sisteminə sadiqliyini qorumaqla heç bir ciddi dəyişikliyə getmək niyyətində deyil.
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov bildirir ki, islahata getmək üçün ilk növbədə siyasi iradə lazımdır: "İslahat özü ağrılı prosesdir. İslahata getmək üçün ilk növbədə hazırlıq görülməli, yarana biləcək risklər nəzərə alınmaldıır.Ola bilər ki, mövcud hakimiyyət risklərin daha çox olacağını hesablayıb və ona görə də islahatlara getməkdən imtina edib.Amma gec-tez hökumət islahatlara getməlidir.Çünki, bu cür yaşamaq artıq mümkün deyil.Onsuz da bu gün hökumətə etimad yoxdur.Böhranın günü-gündən dərinləşməsi təhlükəli proseslər üçün zəmin yaradır.Bu baxımdan islahata getmək zəruridir.Amma bu iqtidarın islahata gedəcəyi inandırıcı deyil.Çünki, köhnəlmiş idarəetmədən imtina mövcud hakimiyyətin sonu olar.Hökumət, islahata getməsə də müəyyən "kosmetik” ixtisarlar apara bilər”.