"Türkiyədə müxalif siyasətçi və jurnalistlərin həbsinə görə Ankaraya sanksiya tətbiq edilməsi məsələsini müzakirə etmək lazımdır”. Avropa Parlamentinin sədri Martin Şults belə deyib. Spiker həmçinin qeyd edib ki, əgər Türkiyədə edam hökmü bərpa olunarsa, dövlətin Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı bütün danışıqlar sonlanacaq.
Türkiyədə edam hökmünün bərpa olunması məsələsi gündəmə fətullahçı terror təşkilatının bu ilin iyulun 15-də dövlət çevrilişində cəhd etməsindən sonra gəlib. Çevrilişin qarşısının alınmasından dərhal sonra İzmir, İstanbul, Ankara və digər iri şəhərlərdə mitinqlər təşkil edən xalq kütlələri FETÖ lideri Fətullah Gülən və digər şəxslərə qarşı edam cəzasının bərpa olunmasını tələb etdilər. Xalqa cavabında prezident Rəcəb Tayyib Ərdoğan bunun mümkünlüyünü istisna etməyib. Həmçinin Aİ-yə cavab verən Ərdoğan bildirib ki, bunu hökumət yox, xalq istəyir və hökumət xalqın tələbinə cavab verməlidir. Bir neçə gün əvvəl baş nazir Binəli Yıldırım da eyni fikirlə çıxış edib. Aİ, ABŞ və NATO isə Ankaraya xəbərdarlıq edərək bunun yalnış olduğunu, edam cəzasının qanuniləşcəyi halda bunun Türkiyənin iştirak etdiyi bir sıra siyasi və hərbi bloklardan uzaqlaşdırılmasıyla nəticələnəcəyini bildiriblər.
"Avropa bu ölkəni bölməyə çalışır”
AMİP Siyasi Şurasının üzvü Əli Orucov "Cümhuriyət”ə bildirib ki, Türkiyənin təhlükəsizliyini təhdid edən qüvvələrə qarşı alternativ addımlar atmaqdan başqa çarəsi qalmayıb. Ə.Orucovun sözlərinə görə, Türkiyə bir neçə radikal terror təşkilatı ilə mübarizə aparmaq məcburiyyətindədir: "Buna görə də edam hökmünün bərpasının gündəmə gəlməsi, müzakirə edilməsi təsadüfi sayılmamalıdır. Digər yandan Qərb dolayı yolla həmin terrorçu təşkilatları dəstəkləyir. Avropa Türkiyənin üzərinə gəlməyə PKK-nın siyasi qolu olan HDP-nin lideri və digər üzvlərinin həbs olunmasından sonra başladı. Bu da onu göstərir ki, Türkiyənin bölünməsinə çalışan əsas qüvvə elə Avropanın özüdür. Türkiyə terrorizmə qarşı mübarizəni sərtləşdirməsə, bunun öhdəsindən gələ bilməyəcək”.
AMİP yetkilisi deyib ki, Türkiyə bundan sonra edam hökmünü bərpa etməsə belə, Aİ-yə üzv qəbul etməyəcəklər: "Amma ən azı Türkiyə dövlət təhlükəsizliyini və suverenliyini qoruyub-saxlamaldıır. Bu baxımdan nə lazımdırsa, onu da etməlidir. Kimin nə deməsinin heç bir əhəmiyyəti yoxdur”.
"İttifaq onsuz da Türkiyənin yolunu bağlayıb”
BAXCP sədrinin müavini Elçin Mirzəbəylinin "Cümhuriyət”ə dediyinə görə, MHP edam hökmünün bərpasına o halda dəstək verəcəyini bildirib ki, bu cəza PKK terror təşkilatının lideri Abdullah Öcalana da şamil olunacaq. E.Mirzəbəyli bildirib ki, bu, terrorizmə qarşı mübarizənin sərtləşdirilməsi siyasətində də əsas yer tutur: "Kimin nə deməsindən asılı olmayaraq, edam hökmünün bərpası ilk növbədə türk xalqının iradəsinən asılı olan məsələdir. Dünyanın bir sıra dövlətlərində, o cümlədən, ABŞ-ın özündə də edam cəzası saxlanılır. Bir çox cinayətlər var ki, onlara qarşı münasibətdə mən də edam cəzasının bərpasının məqbul olduğunu düşünürəm. Edam cəzası çəkindiricidir. Bir çox hallarda cinayətkarlar işləyəcəyi cinayətlərin ömürlük həbslə nəticələnəcəyini bildikləri halda da bunu edirlər. Amma edam cəzasını göz önünə alanda bir qədər çəkinə bilərlər. Digər yandan Avropa İttifaqı onsuz da Türkiyənin yolunu bağlayıb. İndiki halda Türkiyənin bu quruma üzv olması ümumiyyətlə, mümkün deyil. Avropa İttifaqı özünün böhran dövrünü yaşayır. Bu vəziyyətdə Türkiyənin ittifaqa üzv olmasına da ehtiyac yoxdur. Hesab edirəm ki, bu təhdidlərin heç bir nəticəsi olmayacaq. Zənnimcə, Türkiyənin bundan sonra hansı addımı atmasından asılı olmayaraq, bu dövlətin Avropa İttifaqından uzaqlaşdırılması üçün bəhanə rolunu oynayacaq”.