Seçkilərə hələlik 10 partiya qoşulub

Qanunvericiliyə uyğun olaraq aşağı seçki komissiyaları fəaliyyətə başlayıb.

Simsar.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda məlumat verib.

O bildirib ki, bələdiyyə seçkilərində iştirak edən 10 siyasi partiya seçkiyə hazırlıq işlərinə başlayıb. Bu günə kimi 959 nəfər namizəd Dairə Seçki Komissiyalarına (DSK) bildiriş verib.