Politoloqlar hesab edirlər ki, bu görüş indiki qlobal geosiyasi durumda təsadüfi deyil və daha çox qərbə verilən mesajdır
Xəbər verildiyi kimi, Azərbaycan, Rusiya və İran prezidentləri İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin görüşünə hazırlıq gedir. Prezidentlərin Bakıda keçirilməsi planlaşdırılan görüşü barədə xəbəri rəsmi Kreml də təsdiqləyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, görüş ilin ikinci yarısına planlaşdırılır. Lakin görüşün vaxtı hələ dəqiq deyil. Bəs görəsən, Əliyev-Putin-Ruhani görüşü nə vəd edir? Bu görüşün Qarabağ probleminin həllində hansı rolu ola bilər?
Politoloq Əli Oruclu "Ekspress”ə bildirdi ki, Bakıda bu ilin ikinci yarısında Azərbaycan-Rusiya-İran prezidentlərinin görüşünün keçirilməsinin özü diqqətəlayiq hadisədir. Onun fikrincə, regionun iki güclü dövlət rəhbərlərinin rəsmi Bakı ilə birbaşa yüksək səviyyəli təmasları əsasən iqtisadi-ticari məsələlər olsa da, siyasi müzakirələrin də kənarda qalmayacağı ehtimalı çox böyükdür. "Çünki bunlar bir-biri ilə qarşılıqlı əlaqəli və biri digərindən asılı sahələrdir. Təbii ki, əgər hər üç dövlət arasında iqtisadi və kommunikasiya layihələrinin genişləndirilməsi barədə razılıq əldə olunacağı təqdirdə regionda hansısa münaqişə ocağının qalması bu planlara ciddi problem yarada bilər. Lakin nəzərə alsaq ki, Azərbaycana münasibətlərdə və yanaşmalarda Rusiya ilə İranın maraqları üst-üstə düşür. Hər iki dövlət Azərbaycanın qüdrətli və vahid bir dövlətə çevrilməsini və müstəqil siyasət yürütməsini istəmir. 1813 və 1828-ci illərdə bağlanmış müqavilələrlə Azərbaycan məhz Rusiya və İran arasında bölüşdürülüb. İndinin özündə də hər iki tərəf parçalanmış Azərbaycan tikəsini öz əllərində saxlamağa çalışır. Heç kəsə sirr deyil ki, həm Moskva, həm də Tehran İrəvanla sıx iqtisadi-siyasi əlaqələrə malikdir və Ermənistanı özlərinin strateji müttəfiqi sayır”.
Ə.Oruclu belə olan halda İran və Rusiya prezidentlərinin Azərbaycanın dövlət başçısı ilə üçtərəfli görüşlərində Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa irəliləyişə və kardinal dəyişikliyə təsir göstərəcəyinə inanmadığını bildirdi: "Bununla bağlı optimist fikirlər söyləməyə çətinlik çəkirəm. Belə olan halda İran və Rusiya prezidentlərinin prezident İ.Əliyevlə üçtərəfli görüşlərində Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa irəliləyişə və kardinal dəyişikliyə təsir göstərəcəyinə inanmıram. Rusiya kimi İran da Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli və beynəlxalq hüquq normalarına uyğun həllinə nəinki həvəs göstərmirlər, əksinə işğalçıya açıq-gizli dəstək verirlər. Rusiyadan fəqrli olaraq İran bir qədər ehtiyatlı yanaşır. Bu da orda yaşayan çoxmilyonlu Azərbaycan türkü faktorundan qaynaqlanır. Lakin hesab edirəm ki, bu iki dövlətlə əlaqələrdən də imtina etmək olmaz və onları qızışdırmaq da, özümüzə qarşı qaldırmaq da təhlükəli nəticələr verə bilər”.
Politoloq Nəsimi Məmmədli isə bildirdi ki, Azərbaycan-İran-Rusiya prezidentləri formatında keçirilən yüksək səviyyəli görüş ilk dəfə deyil. Həmsöhbətimiz qeyd etdi ki, bu dövlətlərin üçtərəfli maraqlarını birləşdirən bir çox regional məsələlər var və mütəmadi olaraq xarici işlər nazirləri səviyyəsində müzakirələr də aparılr: "Xəzərin statusu, Qarabağ məsələsi, regional təhlükəsizlik, Şimal-Cənub dəhlizi layihəsi çərçivəsində qarşılıqlı öhdəliklər kimi geniş müzakirə mövzuları var”.
Onun dediyinə görə, burada ilk diqqəti çəkən məqam görüşün məhz Bakıda keçirilməsidir. Onun fikrincə, indiki qlobal geosiyasi durumda bu təsadüfi deyil və daha çox qərbə verilən mesajdır. "Ölkə prezidenti İlham Əliyevin son açıqlamalarında xüsusilə özünün və Azərbaycanın hədəfdə olmasını bəyan etməsi konteksində baxsaq, onu hədəf alan tərəfin ünvanı da bu görüşdən aydın olur. Müzakirə olunacaq məsələlərin sırasında, yəqin ki, iqtisadi-ticarət əlaqələrinin genişlənməsində çox önəmli rolu olan Şimal-Cənub dəhlizi olacaq. Bu məsələdə hər üç ölkə maraqlıdır. Bundan əlavə, çox güman ki, regional və geosiyasi məsələlər də müzakirə obyekti olacaq. Xəzərin statusu ilə bağlı hansısa müzakirələr olsa da, yeniliklər olacağını gözləmirəm”.
Müsahibimiz üçtərəfli görüşdə Qarabağ məsələsi ilə bağlı da mühüm müzakirələrin olacağını zənn etmir. Dediyinə görə, olsa belə, səthi və ümumi mövqe ifadəsindən dərinə gedəcək hansısa yanaşma olmayacaq. "Çünki Azərbaycan-İran və Azərbaycan-Rusiya münasibətlərində yaxın qonşuluq prinsipləri işləkdirsə, Ermənistanın bu dövlətlərin hər biri ilə strateji müttəfiqliyi mövcuddur. Bəlkə də iqtisadi-ticarət maraqları kontekstində bu dövlətlərin Ermənistana hansısa təyziq etməsinə nail olmaq mümkün olsun. Hər üç ölkə rəhbərinin Qərblə münasibətlərində ortaq maraq nöqtələri var və getdikcə bu daha qabarıq şəkildə özünü göstərir. Xüsusilə də son vaxtlar Qərbin regiona yönəlik siyasətində müşahidə edilən aktivlik İran və Rusiyanın narahatlığını artırmaqdadır. Azərbaycanın yaxın qonşuları ilə normal münasibətlərinin olması müsbət hal olsa da, strateji maraqlarına xələl gətirəcək addımlardan çəkinməsi doğru olar”./Ekspress qəzeti/