Arzuxan Əlizadə: "Rusiya hansısa güzəşt əldə etmədən Əsədi qurban verməz"
"Ola bilsin ki, ABŞ bölgədə proseslərin nəzarətdən çıxa biləcəyindən ehtiyat edərək qəti addımlar atmaq qərarına gəlib"
Amerika Birləşmiş Ştatları bazar günü Türkiyənin "İncirlik" hərbi hava bazasına İŞİD-ə zərbələr endirilməsi üçün 6 F-16 qırıcı təyyarəsi və 300 nəfərlik əsgəri qüvvə göndərib. Qeyd edək ki, ötən ay rəsmi Ankara ölkədəki "İncirlik" hərbi-hava bazasından ABŞ hərbi hava donanmasının istifadəsinə icazə vermişdi.
Pentaqon bildirib ki, "kiçik hərbi qüvvə" İtaliyadakı Aviano bazasından göndərilib. "Birləşmiş Ştatlar və Türkiyə 60" koalisiyasının üzvləri regionda sülh və sabitliyin bərqərar edilməsi naminə İŞİD-ə qarşı döyüşmək öhdəliyinə sadiqdir" - deyə Pentaqonun bəyanatında bildirilir.
İndiyədək koalisiyanın hava reydləri Körfəzdəki bazalardan həyata keçirilirdi. "İncirlik" strateji baxımdan daha əlverişli coğrafiyadadır. Belə məlumatlar da var ki, ABŞ həm də Suriyadaki hökumət hədəflərinə zərbələr endirəcək. Yəni "İncirlik" bazasına qüvvə yığılmasında daha bir məqsəd budur.
Bu arada Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerriyə Suriyada hökumət hədəflərini bombalamamaq barədə xəbərdarlıq edib. Rusiya XİN rəhbəri bunu Rusiya televiziyasına müsahibəsində bildirib: "Mən ABŞ-dakı həmkarlarıma açıq şəkildə bildirdim ki, onlar səhvə yol verib Suriyada hökumət hədəflərinə zərbə endirsələr, bu, ölkədəki situasiyanı alt-üst edəcək, nəticədə orada vəziyyət nəzarətdən çıxacaq".
Sergey Lavrov xatırladıb kı, ABŞ Əfqanıstanda "Taliban" və "Əl-Qaidə"yə qarşı dronlardan istifadə edir, lakin bir çox hallarda həmin zərbələrin hədəfinə dinc əhali, o cümlədən uşaqlar və qadınlar düşür.
Rusiya XİN başçısının sözlərinə görə, ABŞ Suriya rəhbərliyinə münasibətdə ikili standartlardan istifadə edir: "Kimyəvi silahın məhv edilməsində Bəşər Əsəd legitim partnyor sayıldığı halda, terrorçuluğa qarşı mübarizədə ABŞ Əsədlə əməkdaşlığı qəbul etmir".
Görünən odur ki, Suriya məsələsində vəziyyətin getdikcə mürəkkəbləşməsilə yanaşı, Birləşmiş Ştatlar özü birbaşa proseslərə müdaxilə etmək istəyir. Bir müddət əvvəl belə fikirlər səsləndi ki, Rusiya artıq Əsəd rejimini himayə etmək istəmir. Ancaq Lavrovun son açıqlaması deyilənlərin heç də belə olmadığı qənaətini yaradır.
Maraqlıdır, "İncirlik" hərbi bazasına gələn ABŞ hərbi qüvvələri Əsəd hakimiyyətinə qarşı zərbələr endirə bilərmi?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, hər şey mümkündür: "İndiki situasiyada konkret nəyisə proqnozlaşdırmaq çox çətindir. Çünki Suriya ətrafında situasiya həqiqətən də çox mürəkkəbdir. Hər keçən gün vəziyyət daha da dramatikləşir. Bir tərəfdən İŞİD-in vəhşilikləri davam edir, digər tərəfdən sözügedən terror təşkilatına qarşı mübarizədə effektli irəliləyiş yoxdur. Əksinə, bəzən İŞİD qüvvələri əks hücuma keçərək müəyyən yaşayış məntəqələrini yenidən ələ keçirir. Başqa bir tərəfdn, yaranan mürəkkəb vəziyyəti özləri üçün fürsət hesab edən PKK terror təşkilatı Türkiyəyə qarşı terror hücumlarını genişləndirir. Ola bilsin ki, ABŞ bölgədə proseslərin nəzarətdən çıxa biləcəyindən ehtiyat edərək qəti addımlar atmaq qərarına gəlib. Rusiya da bundan narahatdır. Hər halda, bütün bunlara yaxın həftələrdə aydınlıq gələcək. "İncirlik" bazasında hazırlıq nəyəsə hesablanıb. Bir məqamı da qeyd edim ki, Rusiya hansısa güzəşt əldə etmədən Əsədi qurban verməz".
Vidadi ORDAHALLI