Dövlət Departamenti hesabatını açıqladı: "Azərbaycanda insan haqlarına misli görünməmiş təzyiqlər baş alıb gedir"
"2013-cü il prezident və 2010-cu il parlament seçkiləri ATƏT-in demokratik seçki standartlarına uyğun gəlməyib"
ABŞ Dövlət Departamenti 2014-cü il üzrə dünyada insan haqlarına dair hesabatını açıqlayıb. Hesabatın Azərbaycana aid hissəsində qeyd olunur ki, Azərbaycanda prezident idarəçiliyidir, qanunverici hakimiyyət Milli Məclisə məxsusdur. Ancaq prezident icra, qanunvericilik və ədliyyə üzərində dominantlığını saxlayıb. 2013-cü il prezident və 2010-cu il parlament seçkiləri ATƏT-in bir sıra demokratik seçki standartlarına uyğun gəlməyib. Ermənistanın dəstəyi ilə separatçılar Dağlıq Qarabağ və ətraf yeddi rayona nəzarət edir. Ötən ilin iyul, avqust aylarında və payızda təmas xəttində zorakılıq artıb, 1994-cü il atəşkəs sazişindən bəri ən böyük itkilər baş verib.
Dövlət Departamenti Azərbaycanda ötən il ən ciddi insan haqları pozuntularının aşağıdakılar olduğunu qeyd edir:
- Hökumətin ifadə, sərbəst toplaşma və birləşmə azadlıqlarını getdikcə daha çox məhdudlaşdırması.Hakimiyyət müxalifətin bəzi dinc aksiyalarına icazə verib. Məhdudiyyətlərə isə insan haqları müdafiəçiləri, vətəndaş cəmiyyəti fəalları və jurnalistlərin qorxudulması, şübhə yaradan ittihamlarla həbsi və onlara qarşı gücdən istifadə daxildir. Hakimiyyət fəalların və QHT-lərin fəaliyyət məkanını daraltmaq üçün qanunvericilik, təzyiq və digər tədbirlərdən istifadə edib. Hökumət ötən ilin oktyabrında insan haqları məsələləri üzrə işçi qrupu bərpa etsə də, bir sıra yerli və beynəlxalq QHT-lər ölkədə misli görünməmiş təzyiqlərin baş alıb getdiyini bildirib. Buraya qorxudulma, həbs, siyasi hesab edilən ittihamlarla məhkum edilmə; fəaliyyətinə dair cinayət işinin açılması; qanunvericiliyə məhdudlaşdırıcı dəyişikliklər; bank hesablarının dondurulması daxildir. Bu təzyiqlər nəticəsində bir sıra qruplar fəaliyyət göstərə bilməyib, 30-dək təşkilat əməliyyatları dayandırıb, azı 3 təşkilat noyabr ayınadək ofisini bağlayıb.
- Hökumətin dinc narazıları cəzalandırmaq üçün məhkəmə sistemindən istifadəsi. Buraya qanunsuz saxlama və həbslər, siyasi motivli həbslər, lazımı prosedurun aparılmaması, uzunmüddətli həbs qətimkan tədbirləri daxildir. Bu tədbirlər hökumət rəsmilərinin təhlükə kimi gördüyü dünyəvi və dini xadimlərə qarşı tətbiq olunub. Həmin şəxslərə və ya onların ailə üzvlərinə qarşı cinayətlər isə cəzasız qalıb. Eyni zamanda, hakimiyyətin tədbirləri sayəsində həssas işləri qəbul etmək istəyən vəkillərin sayı azalıb. Hakimiyyət fundamental azadlıqlardan istifadəyə görə həbs olunmuş bir sıra fərdləri buraxıb.
- Vətəndaşların hökuməti azad və ədalətli seçkilər yoluyla dəyişmək imkanının məhdudlaşdırılması.
Digər insan haqları pozuntuları sırasına orduda fiziki zorakılıq; həbsxanalarda işgəncə və digər sui-istifadə halları; sərt və bəzən həyata təhlükə yaradan həbsxana şəraiti; ordersiz və inkommunikado şəraitində günlərlə saxlamaq daxildir. Hakimiyyət bu hallarda gərəkən proseduru həyata keçirməyib – mülkiyyət hüquqları bəzən məcburi köçürmələr, şübhə yaradan dövlət məqsədləri üçün binaların sökülməsi, dövlətin aldığı mülkiyyət üçün yetərli kompensasiyanın ödənməməsi ilə nəticələnib. Dini xadimlərin həbsi, qeydə alınmamış bəzi müsəlman və xristian qrupların işinə məhdudiyyətlər barədə məlumatlar var. Hakimiyyət bəzi hallarda, özəlliklə istintaq altında olan vətəndaş cəmiyyəti xadimlərinin hərəkət azadlığını məhdudlaşdırıb. Siyasi iştiraka məhdudiyyətlər qalmaqdadır.
Hökumətin bütün səviyyələrində korrupsiyanın geniş yayılmasına dair iddialar var. Bəzi hökumət agentlikləri yerli səviyyədə kiçik korrupsiyanı azaltmaq üçün tədbirlər görüb.
İnsan haqları QHT-lərinin qeydiyyatı, qadınlara qarşı zorakılıq, insan alverinə dair davamlı məlumatlar gəlib.
Hökumət insan haqları pozuntularına yol verən rəsmilərin cəzalandırılmasına nail ola bilməyib, cəzasızlıq problem olaraq qalıb (azadliq.org).
Hesabatın Azərbaycanla bağlı hissəsini daha ətraflı təqdim edəcəyik.
***
Hesabatı təqdim edən dövlət katibi Con Kerri deyib ki, sənədin məğzi vətəndaşların hüquq və azadlıqlardan bəhrələnə bildiyi ölkələrin firavan ölkə olduğunu göstərir. "Bu reallıq bizim öz ölkəmizdə və dünyanın bir çox başqa ölkələrində özünü büruzə verir", deyə Kerri bildirib.
Dövlət katibi hesabatda yer alan faktlardan "qəzəblənən" ölkə başçılarına sənədi diqqətlə oxumağı və öz ölkələrində baş verənlərlə yaxından tanış olub, nəticə çıxarmağı tövsiyə edib.
"Bu, həm də bizim özümüzə verdiyimiz məsləhətdir. Biz özümümü başqalarından ayırmırıq. Burada təkəbbür yoxdur", deyə o, insan haqlarının universal xarakater daşıdığını vurğulayıb.