Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) keçmiş sədri Yusif Bağırzadənin istefasından sonra partiyada sədr postu boş olaraq qalır. Partiya funksionerləri qurultayın yubadılmasını parlament seçkiləri ilə əlaqələndirsələr də, artıq seçki başa çatıb, Siyasi Şuranın seçkidən sonra ilk iclası keçirilib, amma sədrin istefası məsələsinə toxunulmayıb.
İndiyədək heç bir AMİP-çi açıq şəkildə iddiasını ortaya qoymayıb. Amma kuluarlarda gəzən söhbətlərə görə, 3 məşhur AMİP-çinin sədrliyə öz namizədliyini verəcəyi gözlənilir. Bu şəxslər – hazırda sədr əvəzi olan AMİP baş katibi Arzuxan Əlizadə, partiyanın beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev və AMİP Mərkəzi Şurasının üzvü Əli Orucovdur. Hər üç şəxs iddialı olacağını təsdiqləməsə də, bunu təzkib də etməyiblər.
Ayxan Etibaroğlu sədr seçiləcək?
Sədrliyə Etibar Məmmədovun oğlu Ayxan Məmmədovun gətiriləcəyi iddiaları da var. Versiyalardan biri budur ki, Ayxan Məmmədovun sədrliyə gətirilməsi Etibar Məmmədovun da aktivləşməsinə səbəb olar, bu da eks-AMİP-çilərin partiyaya qayıtmasını stimullaşdırar. Başqa bir versiya isə bunun tərsini diktə edir. Belə ki, gənc birisinin partiya rəhbərliyinə gətirilməsi illərini AMİP-ə həsr etmiş funksionerlərin narazılığına səbəb ola bilər və təşkilatda parçalanmaya gətirib çıxarar. AMİP liderinin özü də oğlunun sədr olmasında maraqlı deyil. Heç Ayxan Etibaroğlu da sədrlikdə həvəsli görünmür. Ayxan Məmmədov hazırda xaricdə təhsil alır, bundan başqa partiyanın Gənclər Təşkilatının sədridir.
Etibar Məmmədov yenidən sədr olmaq istəmir
Azərbaycan Milli İstiqlal Partiyasının liderinin yenidən partiyanın başına gələcəyi barədə fikirlər dolaşsa da, Etibar Məmmədov bunu inkar edib və yenidən AMİP sədri olmaq niyyətində olmadığını vurğulayıb.
Sədrliyə potensial namizədlərə gəlincə, baş katib Arzuxan Əlizadə daha öncə qəzetimizə bildirmişdi ki, qurultayın keçirilməsi ilə bağlı qərar veriləndən sonra bu məsələyə münasibət bildirəcək. O, ilin sonuna kimi sədr seçkisi olacağını deyib.
"Partiya özünə aid olmayan birini sədr qəbul edə bilməz”
Partiyanın beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayevin fikrincə, partiyada, o cümlədən rəhbərlikdə AMİP sədrliyinə layiq olan namizədlər var: "Yazılmamış qaydaya görə, sədrliyə iddialı namizədlər qurultayın dəqiq günü təyin ediləndən sonra bu barədə qərarlarını açıqlayır və bir növ seçkiqağı kampaniya aparırlar. Hələ ki qurultayın günü təyin olunmayıb. Ona görə də bu barədə bir söz deyə bilmərəm. Ölkənin rəsmi olaraq birinci dəfə qeydiyyata düşən partiyasına sədr olmaq bütün mənalarda böyük məsuliyyətdir. Məsuliyyət məsələsi deyəndə maliyyə imkanlarını da nəzərdə tuturdum. Partiya maliyyəsiz fəaliyyət göstərə bilməz. Maliyyə təminatının məsuliyyətini daha çox sədr daşıyır. Amma vacib deyil ki, bu konkret sədrin imkanları hesabına olmalıdır. Sədr bunu həm partiya daxilindən, həm də kənardan cəlb edə bilər. Yəni AMİP sədri bütün sahələrdə yaxşı təşkilatçı olmalıdır”.
O, sədrin kənardan gətirilmə ehtimalına da toxunub: "Kənardan sədrliyə namizəd axtarışı ilə bağlı hər hansı proses getmir və belə iddiaları ciddi dəyərləndirmirəm. Partiya özünə aid olmayan birini sədr qəbul edə bilməz”.
Onun sözlərinə görə, keçmiş sədrin istefa ərizəsi Siyasi Şuranın oktyabrın 14-də keçirilən iclasında üzvlərin diqqətinə çatdırılıb: "İstefa ərizəsi müzakirə mövzusu ola bilməz. Amma həmin iclasda istefadan sonrakı addımlarımız, planlarımız müzakirə olunub”.
"Etibar Məmmədov yenidən AMİP-in başına gələ bilərmi” sualına cavabına isə E.Mustafayev belə cavab verib: "Xeyr, Etibar Məmmədov AMİP lideri olaraq həmişə partiyanın başındadır, o, partiyada daha üstün statusa malikdir”.
"Yusif Bağırzadə partiyaya kənardan gətirilməmişdi”
Partiyanın Mərkəzi Şurasının üzvü Əli Orucov isə qeyd edib ki, Yusif Bağırzadənin istefasından sonra sədr postuna seçkilərin keçirilməsi qurultayın səlahiyyətindədir. Onun sözlərinə görə, nizamnaməyə görə, qurultayın çağırılması Mərkəzi Şura tərəfindən həyata keçirilir: "İndiyədək bununla bağlı hər hansı təşəbbüs göstərilməyib. Çünki partiyada diqqət, emosiya seçkiyə yönəlmişdi. Ona görə də qurultayın keçirilməsi bir növ ikinci planda qaldı. Lakin bu, o demək deyil ki, partiya qurultayını keçirmək istəmir. Qurultayla bağlı işlər yekunlaşıb. Yusif bəyin istefasından qabaq növbəti qurultaya hazırlaşırdıq. Yerli təşkilatlarda konfranslar, hesabat-seçki yığıncaqları başa çatdırılıb. Qurultayın keçirilməsi üçün ciddi problem yoxdur, sadəcə texniki məsələlər qalıb. Bu texniki məsələ də Mərkəzi Şuranın səlahiyyətindədir. Tələsik qurultay keçirmək də olmaz. Çünki qurultay böyük tədbirdir, onu yüksək səviyyədə təşkil etmək heç də asan deyil. Ona görə də bu tədbirə daha yaxşı hazırlaşmaq üçün müəyyən vaxt lazımdır. Partiyanın qurultayından çıxan qərarlar növbəti mərhələ üçün ölkədəki ictimai-siyasi proseslərə də ciddi təsirini göstərib. Qurultayın işi sədr seçkisi ilə bitmir, partiyanın ən üst qurumlarını – Mərkəzi Şuranı, İnsan komissiyasını formalaşdırır, eyni zamanda partiyanın yeni fəaliyyət istiqamətləri müəyyənləşdirir. Qurultayı sədr seçkisi ilə bağlamaq onun səlahiyyətlərini kiçiltmək demək olardı”.
Namizədliyini verib-verməyəcəyinə gəlincə, Ə.Orucov hesab edir ki, qurultayın vaxtı dəqiq bilinəndən sonra namizədlər iddiasını ortaya qoyacaq: "Hər bir əsgər general olmaq iddiasında deyilsə, deməli, yaxşı əsgər deyil. Hər bir kəsin müəyyən iddiası olur. Lakin bu iddia və imkanlar uzlaşdırılmalıdır. Eyni zamanda qurultayın vaxtı dəqiq müəyyən olunmadığından həm mən, həm də partiya üzvləri bu iddiaya düşsə belə, bunu açıqlamağı tez sayır. Ola bilsin kimsə qurultayın gedişi zamanı öz iddiasını ortaya qoyub namizədliyini irəli sürsün. Qurultayın vaxtı qoyulmazdan əvvəl öz iddiasını qoyanlar da ola bilər”.
O, keçmiş sədr Yusif Bağırzadənin sədrlik postuna kənardan gətirilmədiyini xatırladıb: "Yusif bəy partiya sıralarında olub, sonra ona beynəlxalq katib postu etibar edilib, bir neçə müddət keçdi, qurultay onu sədr seçdi. Bu da səsvermə yolu ilə baş tutmuşdu”.
"Ayxan Məmmədovun sədr olmağa haqqı var”
Ə.Orucov Ayxan Məmmədovun (Etibaroğlu) sədrliyə gətiriləcəyi xəbərinə də münasibətini açıqlayıb. Onun fikrincə, seçkili qurumlarda təmsil olunan adam öz bacarığının qiymətini alır: "Ayxan Məmmədovun sədr olmağa haqqı var, heç kəs iddia edə bilməz ki, o, sədr olmasın. Amma o, bu gün təhsilini davam etdirməyə üstünlük verir, eyni zamanda partiyanın ən məsul qollarından birinə rəhbərlik edir, partiyanın Gənclər Təşkilatının sədridir. Bu, elə-belə post deyil. Gənclər avanqard qüvvə olur, partiyanın dinamikliyini, perspektivliyini şərtləndirən amildir. Ayxan bəyin üzərində daha məsul görəv var ki, bunu da həyata keçirir. Gələcəkdə hansı planlarının olacağını özü müəyyənləşdirəcək”.