AMİP Türk xalqına başsağlığı verdi

Azərbaycan Milli İstiqlal Partiyası Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab İsmail Alper Coşkuna başsağlığı ünvanlayıb.

Başsağlığında deyilir:” Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti, sayın Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar Sizə və Sizin şəxsinizdə qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı veririk. Türk dünyasının böyük siyasətçisi və ictimai-siyasi xadimi Süleyman Dəmirəlin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında və möhkəmlənməsində müstəsna xidmətləri olmuşdur. Onun əziz xatirəsi daim yaddaşımızda qalacaqdır!

Süleyman Dəmirələ Allahdan rəhmət, yaxınlarına və Türk Millətinə baş sağlığı diləyirik!

Başsağlığı diləklərimizi Dəmirəl ailəsinə və onun yaxınlarına çatdırmanızı Sizdən rica edirik.”