AMİP Türkiyədə törədilən terror hadisəsini pislədi

Azərbaycan Milli İstiqlal Partiyası 20 iyul 2015-ci il tarixdə Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonundakı Amara Mədəniyyət Mərkəzi qarşısında çox sayda insanın həyatına son qoyan, 100-dən artıq insanın yaralandığı terror aktını kəskin şəkildə pisləyir, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyir.

AMİP qəti şəkildə əmindir ki, Türkiyə dövləti bu terror hadisəsini törədənləri aşkara çıxaracaq və onlara layiq olduqları cəzanı verəcək. Eyni zamanda terrorla mücadiləni daha sərt və daha qətiyyətlə bundan sonra da davam etdirəcək.