Elşən Mustafayev: «Lavrovun bəyanatında olan digər məna isə dünya dövlətlərinə verilən bir mesajdır»
«Rusiyanı heç kim kənarda saxlaya bilməz»
İranla Avropa ölkələri arasında aparılan gərgin müzakirələri Rusiya da yaxından təqib edir.
Rusiya xarici işlər naziri Sergey Lavrov İranla «altılıq» ölkələri qrupu arasında nüvə müzakirələri ilə bağlı həll olunmamış heç bir problemin qalmadığını açıqlayıb. Sergey Lavrov Ufada BRİCS Sammitinin salonunda verdiyi açıqlamada nüvə razılaşmasının yaxın olduğunu deyib. Lavrov daimi bir sazişin İrana qarşı sanksiyaların ləğvini təmin edəcəyini ifadə edib.
İranla ABŞ xarici siyasət rəhbərləri Zəriflə Kerri arasında nüvə müzakirələri aparılarkən, nümayəndə heyətinə yaxın bir mənbə İran xarici işlər nazirinin müavini Məcid Taxt Rəvançinin bir neçə saatlığa Tehrana yola düşdüyünü də bəyan edib. Rusiyalı baş diplomat həmçinin bildirib ki, istənilən münaqişədən çıxış yolu var: «Dünyadakı heç bir konflikt hansısa dövlətin təkbaşına iradəsi əsasında həll oluna bilməz».
Lavrovun bu ifadəsi Dağlıq Qarabağ probleminin nizama salınmasında hansı formada tətbiq edilə bilər?
Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, əslində Lavrovun dediyində yeni heç nə yoxdur: «Diplomatiyada iki yanaşma var: biri rəsmi, digəri isə reallıqların diqtə etdiyi qeyri-rəsmi. Bu gün dünyada olan bütün konfliktlərin nizama salınmasında bir neçə dövlətin rəyi nəzərə alınır. Tamamilə doğrudur ki, təkbaşına heç bir konflikt həll edilə bilməz. Yəni hansısa dövlət dünyada məşhur olan münaqişələrin kollegial formada həll edilməsində maraqlı olmalıdır. Əks halda münaqişənin ömrü uzanır. Belə konfliktlərdən biri də Dağlıq Qarabağdır. Təbiidir ki, Lavrovun yanaşmasının bu konfliktə də aidiyyəti var. Düzdür, o, sırf bu münaqişəni nəzərdə tutmayıb. Dağlıq Qarabağ münaqişəsi də super güclərin marağındadır və bu məsələdə tərəflərin istəyi tam təmin olunmadığı üçün belə uzanır. Lavrovun bəyanatında olan digər məna isə dünya dövlətlərinə verilən bir mesajdır ki, Rusiyanı heç kim kənarda saxlaya bilməz».