Rusiya Müdafiə Nazirliyi ballistik raketinin modernizasiya olunmuş yeni nəslinin sınaqdan keçirilmə görüntüsünü paylaşıb.
"Cümhuriyət” qəzeti Rusiya KİV-lərinə istinadən xəbər verir ki, sınaq Qazaxıstanın Sarı-Şaqan poliqonunda baş tutub. Rusiya Hərbi Kosmik Qüvvələrinin Hava Hücumundan və Raketdən Müdafiə birləşməsinin komandanının müavini polkovnik Andrey Prixodko yeni modernizasiya edilmiş raketin uğurla sınaqdan keçdiyini açıqlayıb. Qeyd edək ki, sınaqdan keçirilən raket "53 T6” olub. 1970-ci illərdə hazırlanan raket Moskvanın müdafiəsi üçün yaradılan "A-135” raket hücumlarından müdafiə sistemi layihəsinin tərkibinə daxildir. Rusiya 2009-cu ildən bu raketin istifadə müddətinin uzadılması üçün işlər aparır.
Şərqi Avropada Rusiya gərginliyi
Rusiyanın ən təhlükəli silahının ("53 T6”) sınağının keçirilməsindən bir neçə gün əvvəl prezident Vladimir Putin sənaye müəssisələrinə hərbi istehsal, yəni, ordu üçün istehsala hazır olmaq əmri verib. Üstəgəl, Belarusda hərbi təlimlərə başlayan Rusiya digər yandan, bütün növ silahlı qüvvələrinə baxış keçirir. Rusiyada baş verən bu hərbi hərəkətlilik və federasiyanın Şərqi Avropa dövlətləri ilə sərhəd bölgələrində rus hərbi qüvvələrinin sayının artırılması, bölgədə narahatlıq yaradıb. Artıq Polşa Müdafiə Nazirliyi ABŞ və NATO-ya müraciət edərək, Rusiyanın hücuma hazırlaşdığını bildirib. Baltikyanı dövlətlər də növbəti dəfə Amerikadan bölgəyə əlavə hərbi qüvvə göndərməsini istəyiblər. Buna adekvat olaraq Latviyada hərbi təlimlərə başlayan ABŞ digər yandan, 2018-ci ilin əvvəllərində Baltikyanı bölgəyə yeni ordu birləşmələri göndərmək barədə müzakirələrə başlayıb. Şərqi Avropada hökm sürən Rusiya xaosunun yaratdığı narahatlıq Norveç və İsveçdən də yan keçməyib. Hər iki ölkənin Müdafiə Nazirlikləri ehtimal olunan təhlükənin qarşısına keçmək üçün Rusiya ilə sərhədlərdə təhlükəsizlik tədbirlərini gücləndirmək üçün bölgələrə xüsusi təyinatlı qüvvələrini cəm edib.
Alman kəşfiyyatından xəbərdarlıq
Şərqi Avropa, Baltikyanı və Skandinaviya dövlətləri Rusiyanın mümkün hücumlarına qarşı tədbirlərinə NATO da qoşulub. Alyans bölgəni Rusiya hücumundan qorumaq və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə Şərqi Avropada yeni bölmələrini yaratmaq məsələsini nəzərdən keçirmək üçün hərəkətə keçib. Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimov NATO-nun Şərqi Avropaya hərbi qüvvələr yerləşdirmək istəyini Rusiya ilə mümkün hərbi qarşıdurma kimi qiymətləndirib. Bölgədə müharibə gərginliyinin pik həddə olduğu vaxt Almaniya kəşfiyyatının yaydığı məlumat əsəbləri bir qədər də tarıma çəkib. Alman kəşfiyyatı Rusiyanın qlobal siyasi oyunçu kimi meydana geri qayıtdığını bildirib. Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kal vurğulayıb ki, Rusiya Avropada lider mövqeyini qaytarmağa cəhd edir: "Bu prosesə Avropa İttifaqının zəifləməsi və ABŞ-ın sıxışdırılması daxildir. Başqa sözlə desək, Avropanın təhlükəsizliyi sahəsində tərəfdaş əvəzinə Rusiyanın potensial təhlükəsi mövcuddur. Rusiya Avropa üçün narahat qonşu olacaq”.
"Yaxın dövrə qədər ABŞ dünyanın yeganə gücü idi”
Politoloq Əli Orucov "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, əvvəlki nüfuzunu bərpa etmək, Rusiyanın xarici siyasətinin prioritetidir. Ə.Orucov qeyd edib ki, Rusiya təkqütblü dünya nizamını pozaraq, çoxqütblü dünya düzəninin yaradılmasına çalışır və bu istiqamətdə müəyyən uğurlar əldə edib: "Yaxın dövrə qədər ABŞ dünyanın yeganə hegemon gücü idi və bütün siyasi proseslər onun diktəsi ilə baş verirdi. Amma son dövrlərdə ABŞ geri çəkilməyə başlayıb. Çünki istər Suriya, istərsə də dünyanın digər bölgələrində Rusiyanın nüfuzu getdikcə artır. Amma hesab etmirəm ki, Rusiya Şərqi Avropa dövlətlərinə qarşı təcavüzkar addım atacaq. Lakin bu aydındır ki, Şərqi Avropa uzun illər Sovet Rusiyasının nəzarəti altında olub. Bu gün də həmin bölgə üzərində ABŞ və Rusiya arasında gərgin mübarizə gedir. Düzdür, Rusiyanın Ukrayna ərazilərini ilhaq etməsi və Gürcüstanda həyata keçirdiyi işğal, bir sıra Şərqi Avropa dövlətlərinin haqlı narahatlığına səbəb olub.
Nəzərə almaq lazımdır ki, həmin ərazilər vaxtilə Rusiya imperiyasının tərkibində olub və Rusiya bu gün də bu bölgələri öz ərazisi hesab edir. Sadəcə olaraq, bu bölgədə Rusiyanın təsir dairəsinin bərpasından söhbət gedir. Son zamanlarda Rusiyada baş verən hərbi hərəkətlilik də bununla bağlıdır. Buna görə də ordunun döyüş qabliyyətinin yüksəldilməsinə, təlimlərin keçirilməsinə və silahlı qüvvələrə baxışların keçirilməsinə ehtiyac var”.
"Rusiya rəqibinin bu cəhdlərinin qarşısını almağa çalışır”
Politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Qərblə Rusiya arasında yaşanan diplomatik böhran, getdikcə hərbi sahədə də özünü göstərməyə başlayıb. Politoloq hesab edir ki, Şərqi Avropada Qərblə Rusiyanın geosiyasi maraqlarının toqquşması, bu regionda hərbi gərginliyin yaranmasına səbəb olub: "Ukraynada separatizmin alovlanması və Krımın ilhaqı, Rusiyanın Şərqi Avropada apardığı işğalçılıq siyasətinin ortaya çıxardığı nəticələrdir. Amerika da Rusiyanın bu manevrlərinə qarşı səssiz dayanmır. Artıq ABŞ "NATO çətiri” adı altında öz qüvvələrini Polşa və Baltikyanı ölkələrdə yerləşdirməyə başlayıb.
Xatırladım ki, SSRİ dağıldıqdan sonra Rusiya və ABŞ arasında NATO-nun Şərqi Avropaya doğru genişlənməməsi üçün müqavilə imzalanmışdı. Lakin Rusiyanın Şərqi Avropaya qarşı təcavüzkar siyasəti, ABŞ-ı hərbi qüvvələrini bu bölgədə yerləşdirməyə məcbur etdi. Amerika bölgə dövlətlərinin təhlükəsizliyini öz üzərinə götürüb. Beləliklə, ABŞ-ın Latviyada keçirdiyi hərbi təlimlər və Polşaya ordu yeritməsinə adekvat olaraq, Rusiya Belarusda hərbi təlimlərə başladı”.
M.Əsədullazadənin sözlərinə görə, bölgə dövlətləri Rusiyanın yeni işğalçı hücumundan narahatdır: "Amma Rusiya bununla ABŞ-ın bölgədə güclənmək cəhdlərinin qarşısını almağa çalışır. Yəni, Rusiyanın son zamanlardakı hərbi hərəkətliliyi Qərbin bu bölgə üzərindən Rusiyaya artan təzyiqləri ilə bağlıdır”.
Mənsur Rəğbətoğlu
Cebhe.info