Vətəninfo.az xəbər verir ki,Yarımfinalda Ermənistan
güləşçisi Miqran Arutyunyanla qarşılaşan dünya və Avropa çempionumuz
Həsən Əliyev rəqibinə 5:8 hesabı ilə uduzması hələ də öz aktuallığın
saxlamaqdadır. İstər sosial şəbəkələrdə, istərsə də bəzi KİV-lərdə
idmançımız ciddi qınaqla qarşılandı. Hətta, bu məğlubiyyətə görə
tənqidlər də tuş gəldi.
Bununla bağlı münasibət bildirən AMİP Siyasi Şura üzvü Əli Orucov idmançımızın məğlub olmasını qınayanların yanaşmasını düzgün hesab etmədi: "İdmanda hər şeyə hazır olmaq lazımdır. Uduzmağı da göz altına alınmalıdır. İnsafən, Həsən Əliyev pis güləşmədi. Onun qalib gəlməyinə sevindiyimiz kimi bu uğursuzluğunu da anlayışla qarşılamalıyıq. Əksinə biz onun psixi və mənəvi sarsıntılar keçirməsinə imkan verməyərək, ona dəstək olmalıyıq. O, hələ gəncdir, daha böyük uğurlara imza atmaq imkanaları var.”
Əli Orucov onu da vurğuladı ki, bir azərbaycanlı kimi idmançılarımızın məğlubiyyəti hamımızı məyus edir. Lakin nəzərə almaq lazımdır ki, 1-ci Avropa Oyunlarında güclü və perspektivli, təcrübəli idmanşılarla mübarizədə tərkibindən və keyfiyyətindən asılı olmayaraq qazanılan hər medal Azərbaycanın aktivinə yazılır. Bu gün Azərbaycanın idman aktivinə qızıl medal yazdıra bilməyən Həsən Əliyev kimi perspektivli idmançılarımız gələcəkdə yüskək əyarlı mükafatlar gətirəcəklərinə şübhə etmirəm "