Arzuxan Əlizadə: "Hesab edirəm ki, iki ölkə müdafiə nazirlərinin görüşünü normal dəyərləndirmək lazımdır"
"Qərb ölkələrindən fərqli olaraq Rusiya Azərbaycana müasir silah kompleksləri satır"
Avqustun 1-də Moskva vilayətində Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov arasında görüş olub.
Görüş nümayəndə heyətinin iştirakı olmadan təkbətək keçirilib. Görüşdə regional təhlükəsizliyə dair aktual məsələlər barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Mətbuat görüşün yalnız protokol hissəsinə buraxılıb, müzakirələr jurnalistlərin iştirakı olmadan davam etdirilib.
S.Şoyqu azərbaycanlı həmkarı ilə görüşdə qeyd edib: "Çox şadam ki, siz beynəlxalq hərbi oyunların açılış mərasimində iştirak etməyə vaxt tapdınız. Ümid edirəm ki, sizin komandanız yaxşı nəticələr göstərəcək".
Ancaq ekspertlər nazirlərin görüşü zamanı Ermənistanın işğalçılıq hərəkətlərinin davamı, vaxtaşırı cəbhə xəttində törədilən təxribatlar və digər məsələlərin də müzakirə olunduğuna şübhə etmirlər.
Qeyd edək ki, Azərbaycanın müdafiə naziri Z.Həsənov beynəlxalq hərbi oyunların açılış mərasimində iştirak etmək üçün Moskvada səfərdə olub.
Ümumilikdə, Azərbaycanla Rusiya arasında münasibətlər normal səviyyədədir. Azərbaycan Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulmur. İşğalçı Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunmasına rəğmən, bu, Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlığa mane olmur. İqtisadi sahədə olduğu kimi, hərbi sahədə də Rusiya ilə Azərbaycan arasında ticarət əlaqələri var.
Ekspertlər iki ölkə müdafiə nazirlərinin görüşünü necə dəyərləndirir?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadə buna bir neçə prizmadan yanaşdı: "Hesab edirəm ki, iki ölkə müdafiə nazirlərinin görüşünü normal dəyərləndirmək lazımdır. O mənada ki, istəsək də, istəməsək də, Rusiyanın regionda gücünü, təsir imkanlarını nəzərə almaq lazımdır. O baxımdan çalışmaq lazımdır ki, bu ölkə ilə münasibətlər normal səviyyədə olsun. Nəzərə almaq lazımdır ki, Rusiyanın Ermənistana təsir imkanları böyükdür. Onu da danmaq olmaz ki, Dağlıq Qarabağ münaqişəsinin yaranmasında Rusiyanın rolu böyük olub. Rusiyanın yardımı olmadan işğalçı Ermənistan Dağlıq Qarabağla yanaşı, ətraf 7 rayonu işğal edə bilməzdi. Görünən odur ki, münaqişədən alət kimi istifadə edən rəsmi Moskva hər iki dövləti müəyyən təsir altında saxlamağa çalışır. Ancaq bir şeyi də nəzərə almaq lazımdır ki, Qərb ölkələrindən fərqli olaraq, Rusiya Azərbaycana müasir silah kompleksləri satır. Qərb münaqişənin həll olunmamasını əsas gətirərək Azərbaycan və Ermənistana silah satmır. Bu da, istər-istəməz, bizi məcbur edir ki, bir sıra silahları məhz Rusiyadan alaq. Bax bu cür reallıqlar var və hesab edirəm ki, Azərbaycan öz milli maraqlarından çıxış edərək bunu nəzərə almalıdır. Qərb bir tərəfdən Azərbaycana silah satmır, o birisi tərəfdən işğalçı dövlət olan Ermənistana hər hansı təzyiq göstərmir".
Vidadi ORDAHALLI