Əli Orucov: "İŞİD Qafqaza yaxınlaşır, Azərbaycana gəlir kimi yayılan informasiyalar da diqqəti yayındırmaq, cəmiyyəti..."
"Bu terrorçuların fəaliyyət məkanları da, hədəfləri də İslam dünyasıdır"
İŞİD terror təşkilatı Suriya və İraqda peyda olandan sonra xarici mətbuatda müxtəlif formada bu təşkilatın bir növ təbliği gedir. Bəzən bu terror təşkilatının gücü o qədər şişirdilir ki, bununla sanki mifləşdirilir. Bu azmış kimi, bəzi hallarda yerli mətbuat da İŞİD-i təbliğ edir.
İŞİD Qafqazda peyda ola bilər və s. bu kimi məlumatlar yayılır. Görürsən ki, sözügedən terror təşkilatı, radikal dini təriqətlər sosial şəbəkələrdə açıq təbliğ olunur. Bəzən bir sıra kütləvi informasiya vasitələri də onlara informasiya dəstəyi verir. Onların arasında hətta tanınmış yazarların, alimlərin olduğu deyilir. İŞİD təbliğatı onlara təsir edib. Onlar hesab edir ki, İŞİD terrorçuları tarixi ədaləti bərpa edəcək və Şərqdə böyük bir islam dövləti quracaq. Halbuki, İŞİD-in məqsədi heç də bütün müsəlman xalqlarını birləşdirmək deyil. Onların məqsədi müsəlmanları parçalayıb məhv etməkdir. O cümlədən, İslam dinini gözdən salmaqdır. Görünən odur ki, bəzi saytlar söz azadlığından sui-istifadə edir, radikal dini sektaların təbliğatçısına çevrilir. Bu gün Azərbaycanda media, söz və fikir azadlığı var. Yüzlərlə qəzet, sayt, agentlik fəaliyyət göstərir. Müstəqil televiziyalar var. Ona görə də onlar bu kimi məsələlərdə diqqətli olmalıdır.
Bütövlükdə, İŞİD təşkilatının bu formada təbliğ olunmasında məqsəd nədir?
Sözügedən məsələni "Bakı-Xəbər"ə şərh edən AMİP Siyasi Şurasının üzvü Əli Orucov bir sıra məqamlara toxundu. Onun fikrincə, bütün bunların müəyyən məqsədi var: "İndi çoxları İŞİD-in Qərbin və Birləşmiş Ştatların layihəsi olduğunu açıq şəkildə söyləməkdədir. Bu terrorçu təşkilatı maliyyələşdirən də, onu istiqamətləndirən də, qorxunc təbliğatını quran da məhz xüsusi xidmət orqanlarıdır. Bir zamanlar Əfqanıstanda "Əl-Qaidə"ni və onun lideri Üsama Bin Ladeni hansı məqsədlərlə meydana çıxarıb ondan istifadə edənlər bu dəfə Yaxın Şərqdə, ümumiyyətlə İslam coğrafiyasında İŞİD-i dövrəyə salıblar.
İŞİD-in nə İslama, nə hansısa təriqətə, nə də hansısa inanca aidiyyəti var. Bu terrorçuların fəaliyyət məkanları da, hədəfləri də İslam dünyasıdır. Bu terrorçu ordu ilə, bəzi analitiklərin dili ilə desək, beynəlxalq imperializm həm öz cəmiyyətlərini, həm də düşmənlərini, rəqiblərini qorxu altında saxlayır. Yeri gələndə isə onların vasitəsilə, yaxud da həmin pərdə altında məhv edirlər.
İŞİD Qafqaza yaxınlaşır, Azərbaycana gəlir kimi yayılan informasiyalar da diqqəti yayındırmaq, cəmiyyəti daim qorxu və narahatlıq altında saxlamaq, eyni zamanda hakimiyyətlərə və dövlətlərə təzyiq göstərməkdir".
Vidadi ORDAHALLI