İŞİD və PKK-ya qarşı genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirən Türkiyə daxildə bir sıra problemlərlə üzləşməkdədir. Ölkənin müxtəlif vilayətlərində həyata keçirilən terror aksiyaları hər gün bir neçə vətəndaşın ölümünə səbəb olur. Bu isə öz-özlüyündə sadə vətəndaşların hökumətə qarşı etirazına yol açır. Hazırda həm daxili, həm də xarici problemlərlə üzləşən qardaş ölkənin bundan sonrakı taleyinin necə olacağı əsas müzakirə mövzularından biridir. Bu və ya digər məsələrlə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayevlə söhbətləşdik.
-Elşən bəy, Türkiyənin üzləşdiyi İŞİD və PKK problemi rəsmi Ankara üçün hansı mənfi tendensiyalara səbəb olacaq?
-IŞİD və PKK bu gün Türkiyəni təhdid edən ciddi problemdir. O səbəbdəndir ki, Türk silahlı qüvvələri hər iki, terror təşkilatına qarşı hərbi əməliyyatlara başlayıblar. Düşünürəm ki, bu düzgün addımdır. Ölkədə keçirilən parlament seçkilərindən sonra koalision hökumətini qurmaq hələ də mümkün olmayıb. Bu cür davam edərsə erkən seçkilərin keçirilməsi qaçılmaz olacaq. Bu cür həssas vaxtda Türkiyəni içəridən çalxalamaq bir çox qüvvələrin də maraqlarına xidmət edir. Hətta deyərdim ki, indiki zamanda İŞİD və PKK bəlkə də həmin qüvvələr tərəfindən istiqamətləndirilir. Fikir verin hadisələr haradan başladı. Bir qrup solçu tələbələr Şanlıurfada, hansı ki , əksəriyyəti də kürdlər idi , İŞİD-in hücumlarına məruz qalan İraq kürdlərinə dəstək aksiyası keçirdi. Yenə də kürd millətindən olan İŞİD-çi qız canlı bomba olaraq özünü aksiya keçirənlərin arasında partladaraq çoxlu sayda insanın ölümünə səbəb olur. Bundan sonra PKK Türkiyədə terror hadisələri törətməyə başlayır, paralel olaraq İŞİD də Türkiyəni təhdid edir. Bu məntiqsizliyə nə ad verək? Bu gün istər Kobanidə, istərsə də İraq kürdlərin yaşadığı digər ərazilərdə PKK kürd xalqını qorumaq üçün heç bir iş görməyib, görməyəcək də . Orada müqaviməti yalnız İraq kürd yönətiminin başında dayanan Bərzaninin peşmərgələri göstərir. Hətta Bərzanı PKK- çıların həmin ərazilərdən çıxarılması barədə çağırış da etmişdi. Buradan belə görünür ki, İŞİD də, PKK da bir mərkəzdən idarə olunur. İndiki vaxtda onların belə fəallaşması hazırda parlament böhranı yaşayan Türkiyəni xaosa çəkməyə hesablanıb. Türkiyənin isə onlara qarşı hərbi əməliyyatlara başlaması isə ən doğru addımdır. Bu davamlı olmalıdır.
-İŞİD-in Qafqaz üçün təhlükələri real görünürmü?
-Sözsüz ki, əgər nəzarət davamlı və ciddi olmasa İŞİD Qafqaz regionuna da təhükə törədə bilər. İŞİD qruplaşması öz sıralarına dünyanın bir çox ölkələrindən tərəfdarlar cəlb edə bilib. Yəni, onun üçün hansısa ölkəyə girməyə, hücum etməyə gərək yoxdur. Hər bir ölkədə təbliğat aparmaları mümkündür. Söhbət Azərbaycandan və Şimali Qafqazdan gedir. Ermənistanda bu problem ola bilməz. Ona görə ki, orada demək olar ki, müsəlman yaşamır, Gürcüstanda da bu ehtimal zəifdir.
-Ümumiyyətlə bu proseslər region üçün hansı problemlər yaradacaq?
-Düşünürəm ki , təhlükənin ciddiliyini bilən region dövlətləri maksimum güclərindən istifadə edib çalışacaqlar ki, bu problem ölkələrinə girməsin. Bu istiqamətdə xüsusilə Rusiya daha diqqətli olmalıdır. Ona görə ki, Şimali Qafqaz da illər öncə buna oxşar hadisələrlə üzləşib . Bu gün orada sakitlik olsa da heç kim təminat verə bilməz ki, bu sakitlik pozulmayacaq. Proseslərin daim nəzarətdə saxlanılması, xırda bir detala vaxtında reaksiya verilməsi bu işlərdə ən yaxşı sığortadır./Olaylar/
Süleyman