İqtidarla müxalifət görüşünün 3 raundunun keçirildiyini xatırladan Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) sədri Yusif Bağırzadə söyləyib ki, bu görüşlərdə iqtidarla müxalifət arasındakı münasibətlər, siyasi partiya institutunun təkmilləşməsi, islahatların aparılması ilə əlaqədar təkliflər irəli sürülüb: "Hökumət tərəfindən siyasi partiyalara maliyyə dəstəyinin verilməsi, iş şəraitinin yaxşılaşdırılması, seçkilərin şəffaf keçirilməsi ilə bağlı fikirlər səslənib. Azərbaycanda 55 siyasi təşkilat qeydiyyatdan keçsə də, onların bir hissəsi fəaliyyətsizdir, ancaq adları var".
"İctimai palata təsis olunsun, siyasi partiyalara dəstək fondu yaradılsın"
AMİP-in təkliflərinə gəlincə, Y.Bağırzadə Avropa Şurası Venesiya Komissiyasının təklifi fonunda seçki komissiyasının formalaşması, seçkiyə nəzarət modeli ilə bağlı təklif verdiklərini söyləyib: "Vaxtilə proporsional seçki sisteminin bərpası ilə bağlı mövqeyimizi açıqlamışdıq. Siyasi partiya institutlarının seçkidə iştirakının aktivləşməsi, daha dayanıqlı olması üçün proporsional seçki sistemi bərpa olunmalıdır. 2002-ci ildə referendumla proporsional seçki sistemi ləğv olunub. 13 il ərzində bununla bağlı referendum keçirilməyib. Qonşu respublika vətəndaşları sayca bizim vətəndaşlarımızdan az, iqtisadi cəhətdən bizdən zəif olsalar da, parlamentdə deputat sayı Azərbaycandan çoxdur. Azərbaycanın I çağırış parlament seçkilərində 125 deputat təmsil olunub. İndi Azərbaycan vətəndaşlarının sayı 3 milyon yarım artıb. Bu qədər artımın qarşısında niyə mandat sayı artmır? Təklif edirik ki, siyasi partiyalara dəstək fondu yaradılsın, ictimai-siyasi vəziyyəti gündəmdə saxlamaq üçün həm iqtidar, həm müxalifət, həm də ictimai-siyasi xadimlərdən ibarət ictimai palata təsis olunsun. Cənab Prezident həmin palatanın sədri olsun, ayda 1 dəfə görüşlər keçirilsin, Azərbaycandakı ictimai-siyasi vəziyyət müzakirə olunsun".
Qeyd edək ki, iqtidarla müxalifət arasında keçirilən görüşlərdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov iştirak edir. /Teleqraf.com/