Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı ölkənin siyasi partiyaları aktiv fəaliyyətə keçib. Demək olar ki, bütün partiyalarda seçkilərdə iştirak edəcək namizədlərlə bağlı müzakirələr gedir və artıq bəzi partiyaların və seçki bloklarının ilkin namizədləri də məlumdur.
Belə ki, 125-lər Siyasi Klubu və Ümid Partiyası seçkilərdə ilkin namizədlərinin müəyyənləşdirilməsi ilə bağlı birgə bəynatla çıxış ediblər. Ümid Partiyasından verilən məlumata görə, seçkilərə xeyli qalmış bu siyahıda dəyişiklik də ola bilər. Yeni namizədlər müəyyənləşə və ya dairələrdə dəyişiklik ola bilər. O cümlədən 15-ə qədər dairədə namizədlərin dəqiqləşdirilməsi prosesi davam edir. Yaxın vaxtlarda yeni siyahı tamamlanacaq.
Qeyd edək ki, 125-lər Siyasi Klubu və "Ümid"in hazırda 65 namizədi var. Namizədlər arasında Ümid Partiyasının sədri İqbal Ağazadə 35 sayı Xətai III, Etimad Əsədov 16 saylı Yasamal II, İlhamiyyə Rza 17 saylı Yasamal III, Üzeyir Cəfərov 33 saylı Xətai I seçki dairələrini seçiblər.
Bəs digər seçki bloku və partiyalarda vəziyyət nə yerdədir?
AMİP Siyasi Şurasının üzvü Əli Oruclunun sözlərinə görə, partiyada kimin hansı dairədən namizədliyini irəli sürəcəyi məlumdur. Müsahibimiz bildirib ki, namizədlərin sayı o qədər də çox olmaya bilər: "Biz həm də qurultaya gedirik. Yerli təşkilatlarda qurultaya hazırlıq işləri gedir və həmin yığıncaqlarda iştirak edəcək namizədlərin imkanları nəzərdən keçirilir. Çalışacağıq ki, həm keyfiyyət, həm də kəmiyyət baxımından bu ilki namizədlərimizin qalib gəlməsinə nail olaq. Biz təkcə kəmiyyətə üstünlük verməyəcəyik ki, 125 dairə üzrə namizəd ürəli sürülsün. Ola bilsin bu 20 və yaxud 50 dairə olsun. Şansları yüksək olan, qalib gəlmə imkanları real olan namizədlə seçkiyə getmək fikrindəyik. Eyni zamanda, qüvvələrin parçalanmasını istəmirik. Hər halda demokraytik seçki keçirilərsə, irəli sürəcəyimiz namizədlərin əksəriyyətinin qalib gəlmə şansları yüksəkdir. Həm də hər bir dairə üzrə namizəd irəli sürmək potensialımız var. Amma hər halda bu 100 dəfə ölçüləcək və konkret müzakirələrdən sonra qərar veriləcək".
BQP başqanı, deputat Fazil Mustafa isə bildirib ki, partiyası seçkidə iştirak haqda qərar verib və seçki hazırlıqları davam edir: "Hazırda namizədlər siyahısı yekunlaşır, seçki hazırlığımız da yekunlaşmaq üzrədir. Qərargahımız fəaliyyət göstərir. Demək olar ki, bütün rayon təşkilatlarına tapşırıq verilib və əksər rayonlardan namizədimiz veriləcək".
İlkin planlaşdırmada BQP-nin 100 dairədən namizədlə çıxış etməsinin nəzərdə tutulduğunu deyən F.Mustafa özünün namizədliyini irəli sürəcəyi dairənin adını da açıqlayıb: "Özüm hələ ki, əvvəlki dairədən namizədliyimi irəli sürməyi nəzərdə tutmuşam. Bu, 26 saylı Sabunçu I seçki dairəsidir".
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı isə bildirib ki, partiyanın İdarə Heyətinin iclasında BAXCP-nin namizədlər siyahısı müzakirə edilərək ilkin namizədlər müəyyən olunub. Onun sözlərinə görə, partiyanın namizədləri uzun illərdi siyasi proseslərin içində olan və kifayət qədər cəmiyyətdə tanınan şəxslərdir: "BAXCP bu seçkilərə də çox ciddi şəkildə hazırlaşır. Çalışacağıq ki, 125 dairənin böyük əksəriyyətindən namizəd irəli sürək. Xeyli namizədimiz bəllidir və bu siyahı artmaqdadır. Yaxın zamanlarda partiyamızın namizədlərinin kimlər və hansı dairədən irəli sürülməsinin şahidi olacaqsınız".
Müsavat Partiyası başqanının müavini Elman Fəttah da bildirib ki, partiya Məclisində parlament seçkilərində iştirakla bağlı qərar verilib və namizədlər siyahısı yekunlaşmaq üzrədir. "Müsavat Partiyası seçkidə partiya şəklində iştirak edəcək. 70 dairə üzrə namizədlərin ilkin siyahısı hazırdır. Siyahı yəqin ki, avqustun axırına doğru yekunlaşacaq".
VHP Ali Məclisinin sədri Rafiq Manaflı isə bildirib ki, partiya Siyasi Şurası ötən həftə seçkiyə qatılmaqla bağlı qərar qəbul edib. "Proses təzə başlayıb. Sözün düzü mən seçkidə iştirak etməyəcəyəm. Çünki seçkidə iştirakın əleyhinəyəm. Belə bir şəraitdə seçkiyə qatılmağın mənası yoxdur. Hazırda partiyanın seçki qərargahı var və orada seçki ilə bağlı işlər gedir. Bəzi dairələrdə namizədləri müəyyənləşdiriblər. İndi siyahı tam hazır deyil, dəqiqləşdirilmə aparılır", - deyə R.Manaflı bildirib.
Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov mətbuata açıqlamasında bildirib ki, hələlik seçki siyahıları hazır deyil. O, hələlik müxalif rəqiblərinin hansı dairələrdən namizəd irəli sürəcəklərini gözlədiklərini və bundan sonra YAP-ın namizədlər siyahısının müəyyən ediləcəyini bildirib. /Ekspress/