"Neftqaztikinti” trestinin Dəmir Beton Məmulatları Zavodunda ixtisarlla bağlı işçilərə xəbərdarlıq edilib. Xəbərdarlıqda adıçəkilən zavodla yenidən əmək müqaviləsi bağlanılmadığınadn 2 ay müddətinə iş axtarmaq tövsiyyə olunur və iş yeri axtarmaq üçün əməkhaqqı saxlanılmaqla bir iş günü imkan yaradılır.
Zavod rəhbərliyi aparılacaq ixtisarları idarəetmənin təkmilləşdirilməsi trest üzrə xərclərin optimallaşdırılması, eyni zamanda "Şirkətin idarəetmə strukturlarına daxil olan qrumlarda əmək normalarının, onların təşkilatı strukturunun və gəlir və xərclərin smetasının müəyyən edilməsi üzrə daimi fəaliyyət göstərən Komissiyanın 27 aprel 2015-ci il tarixli SOCAR-ın əmrənə uyğun həyata keçirildiyi ilə yozmağa çalışsa da əslində bunu dünya bazarında neftin ucuzlaşmasından sonra maliyyə çətinlikləri ilə əlaqədar olduğu aydındır. Ancaq əksər hallarda verilən 2 ay da tanınmır və kütləvi ixtisarlara artıq start verilir. SOCAR-ın "Neftqaztikinti” Trestində həyata keçiriləcək ixtisarlar zamanı təxminən 3 minə yaxın insan işsiz qalacaq.
Bu arada kimliyi bəlli olmayan şəxslər tərəfindən trestin rəisi Kazım Abasova bildiriş adlı anonim vərəqələrın yayıldığı məlum olub.
Həmin bildirilişdə trestin müdirinın qanusuzluqları barədə qısa məlumat öz əksini tapır. Yazılanlara görə, trest müdiri idarəçiliyinin ikinci ilindən başlayaraq köməkçilərinin SOCAR-ın İnsan Resursları Departamenti ilə sövdələşərək rüşvətlə işə qəbul edib. Belə ki, rəis müavini 6000 manat, şöbə rəisi 4000 manat, 5-ci, 6-cı dərəcə qaynaqçı fəhlə 3000 manat rüşvət verməklə işə götürülüblər. O, eyni zamanda əmək müfəttişliyindəki tanışı vasitəsi ilə ölüm ölüm və xəsarət hallarının gizlədilməsində, tabeçiliyində olan işçiləri pis rəftar etmək, yaltaqlıq və yalan xəbərçilik edənlərə üstünlük verməkdə, habelə onların yüksək vəzifələrə yerləşdirilməkdə də ittiham olunur.
Deyilənlərdən o da aydın olur ki, Kazım Abasov işinibilən mütəxəssisləri işdən çıxarılıb, yerinə jurnalist, rəssam, tarix və rus dili müəllimini şöbə rəisi, rəis müavini və baş mühasib, 40-50 yaşında saxta diplom alan yaxını isə departament rəisi təyin edib. İşdən çıxartmaq qorxusu ilə işçiləri çox işlədərək, onlara az maaş ödənilib. Malların qiymətini dəfələrlə şişirdilməsi nəticəsində dövlət əmlakının talanılmasına yol verilib. Arayışa görə, SOCAR15-1000 ƏH-0000018 saylı qərarı ilə NQT trest müdiri vəzifəsi də ixtisara düşüb.
Alqı-satqı müqavilələrində fırıldqalara yol verilməsi, korrupsiya hallarının baş alıb getməsi, naməlum firmalarla iş birliyi və vəsaitin həmin firmaların vasitəsi ilə mənimsənilməsi faktlarına da işarə edilir.