Tənəzzülə uğramış rejim tezliklə dəyişdiriləcək

KÜTLƏVİ XAOS VƏ QARŞIDURMAYA YOL VERMƏDƏN---
Bu rejim necə gəlmişdirsə, tezliklə gəldyi kimi gedəcək.
Bunun üçün küçə yürüşləri,qarşıdurma,zor tətbiq etmək yalnız bu rejimin ömrünü uzatmağa xidmət edir. Bu xidməti,iqtidar ideoloqları tərəfindən verilmiş tapşırıq əsasında bəzi saxtakar müxalifət partiya sədrləri yerinə yetirirlər.
Ümumilli ideyanın elə tezisləri seçilib xalqa bəyan edilməlidir ki, orda birinci dövlətçiliyin qorunması istisnasız nəzərdə tutulsun.
İkinci isə,həmin ideya,həm ziyalıları,həm zəhmətkeşləri, tələbələri,şagirdləri, işsiz əhalini,evdar qadınları,ümumiyyətlə geniş xalq kütlələrini cəlb etsin Eyni zamanda dövlət məmuru,ordu,xüsusi xidmət orqan əməkdaşları,polislər bu ideyanı müdafiə etsinlər.
Beynəlxaql təşkilatlar isə bu ideyanın həyata keçməsində yardımçı olsunlar.
BU İDEYA DEMOKRATİYADIR
Əgər bütün partiyalar,ictimai təşkilatlar,QHT-lər,həmkarlar təşkilatları,zəhmətkeş birlikləri,tələbə komitələri,müəllim və həkimlərin birlikləri,kənd və şəhər əhalisi, avtoritar rejimdən qurtulmaq istəyirlərsə ölkədə demokratiyanın bərqərar olmasında maraqlı olmalıdırlar.

Bu vətəndaş fəallığı heç kimə, heç bir hakimiyyətə qarşı olmadığından,heç kim tərəfindən təqib oluna bilməz. Bu hər bir vətəndaşa Azərbaycan respublikasının konstitutsiya əsasında verilmiş verilmiş qanuni hüquqlardır

Rejim mənsublarından bəziləri ölkədə qarşıdurma,xaos yaranmasında maraqlıdır.Hətda bunun üçün,maliyyə vəsaiti ilə təmin etdiyi partiya sədrləri və müəyyən siyasi və dini qruplar var ki,onlar hər an kütlənin qəzəbli vəziyyətindən istifadə edib,kriminal hərəkətlərə təhrik edə bilərlər.

Xalqın əsas məqsədi bu avtoritarizmin demokratiyaya keçidnin təmin etməkdir, bunun üçün isə bu siyasi aktı həyata keçirmək üçün DEMKRATİK HƏRƏKAT yaratmalıdır

Biz heç vaxt ölkədə kütləvi xaosun və qanlı qırğınların baş verməsinə rəvac verən fəaliyyətlərə imkan verməməliyik.

Milyardlarla dövlət və xalqın sərvətini oğurlayın xarici banklarda yerləşdirən,ailəsini xarici ölkələrdə rahat həyatla təmin edən quldur məmurların gizli niyyətlərini qabaqcadan müəyyənləşdirib ona qarşı müəyyən tədbirlər görməliyik.

Azərbaycan vətəndaşı ölkənin bu ağır durumunda dövlətçiliyin məsuliyyətini öz üzərinə götürməlidir.
Azərbaycan dövləti Azərbaycan xalqına mənsubdur.

Şakir Ulubəy
*Türk Milli Strateji Araşdırmalar Mərkəzi.QHT..