Azərbaycanda parlament seçkiləri yaxınlaşsa da, seçkiöncəsinə məxsus hərəkətlilik müşahidə edilmir. Ayrı-ayrı partiya yetkililərinin ara-sıra verdiyi bəyanatları çıxmaq şərti ilə, ölkə siyasi həyatında ənənəvi süstlük müşahidə edilməkdədir.
Seçkilərin demokratik keçiriləcəyi ilə bağlı da ciddi şübhə və inamsızlıq mövcuddur. Bəzi ekspertlərin fikrincə, müxalifət və cəmiyyətin seçki öncəki passsivliyi də məhz bununla bağlıdır.
Maraqlıdır, Azərbaycanda cari parlament seçkilərinin əvvəlki seçkilərlə müqayisədə daha demokratik keçirilməsi ehtimalı nə dərəcədədir? Bu il ötən illərdən fərqli olaraq şəffaf və ədalətli seçkilərə şahid ola biləcəyikmi?
Bununla bağlı Moderator.az-a açıqlama verən AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov qarşıdakı parlament sekiləri ilə bağlı ümidverici qənaətdə olmadığını vurğulayıb:
"Təəssüf ki, bu il keçiriləcək parlament seçkilərinin əvvəliklərdən fərqlənəcəyi, demokratik və şəffaf keçiriləcəyi barədə optimist deyiləm. Çünki Azərbaycanda seçki ənənəsi formalaşmayıb. Seçkilərə münasibət dəyişməyib. Seçkilərin subyektləri olan tərəflər, xüsusən də xalq seçkilərlə ona verilən konstitutsion hüquqları həyata keçirməkdə maraqlı deyillər. Amma məişət səviyyəsində kütləvi narazılıqlar edən eloktorat anlamalıdır ki, bütün problemlərin kökündə elə öz hüquqularına biganəlikləri, hakimiyyətin mənbəyi olmaqdan özlərini kənarlaşdırmaları, hər şeyi hakimiyyətdən, yaxud da müxalifətdən ummalarıdır.
Müxalifətin özünün də seçki ovqatı yoxdur. Siz diqqət yetirsəniz bir daha apaydın görərsiz ki, seçkilərin start verilməsinə az vaxt qalmasına baxmayaraq, seçkilərə hazırlaşılmır. Bunu əksinə olaraq xalqdan deyil, iqtidardan mandat almaq ümidi ilə yaltaqlıq, gözə soxma yarışına çıxıblar. Bu isə o deməkdir ki, siyasi institutlar və siyasi sosiallaşma sıfıra yaxındır. Belə mənzərə isə fələkatətin astanası deməkdir”.