(davamı)
Mən "ÜİLKGİ-nin 40 illiyi " adına teploxodun kapitanı idim.Yanvarın 19-da , saat 16.00 da Nargin adasından Mərkəzi Komitənin qarşısındakı izdiham çox aydın görünürdü.Hava tutqun və soyuq idi.Bütün heyət göyərtədən şəhərə tamaşa edirdi.Bəlkə heç vaxt dənizdən belə sakit və kimsəsiz görünməmişdi.Dispetçerdən körpüyə yan almaq üçün icazə istədim.O, mənə reyddə lövbərə dayanmaq əmrini verdi.
Lövbərdə dayanıb şəhəri və Mərkəzi Komitənin qarşısındakı izdihamı durbin vasitəsilə müşahidə edirik.Saat 22.00-da isə Bakının giriş yerlərində Novruz bayramının xatırladan tonqallar yanırdı, dənizdən gələn gəmilər ətrafda lövbər atırdı.
Gecədən xeyli keçir.Şəhərdə görünməmiş, dəhşətlər başlayır.Şimal-şərq və qərb tərəfdən şəhərə böyük surətlə ordu yeridilir.Saysız-hesabsız tank və digər hərbi maşınlar şəhərin mərkəzinə irəliləyir.
Artıq yanvarın 20-nə keçən gecə tankların Mərkəzi Komitəni mühasirəyə aldığı aydın görünürdü.Rus-sovet ordusu şəhərin üstünə işıqsaçan güllələri yağış kimi yağdırırdı.Adama elə gəlirdi ki, Bakıya hücum edən alın tərimiz və sərvətimiz hesabına saxlanılan sovet ordusu deyil, qaniçən , vəhşi, amansız faşist ordusudur.
Biz dəhşətə gəlmişdik, əli silahsız dənizçilər də elə həmin gecə həyəcan siqnalları verməklə öz mübarizələrinə başladılar.Ordunun vəhşiliyi qaranlıqda dənizdən çox aydın görünürdü.Sahildən heç bir məlumat ala bilmirdik.Bu bizi daha da çaşdırırdı.Səhərə yaxın Bakı limanında gəmilərin sayı çoxalmağa başladı.
Yanvarın 20-də , saat 10.00-da gəmilər artıq özlərinə daha yaxşı mövqe seçərək dəniz vağzalı ətrafına toplaşmağa başladı.Buradan həm Mərkəzi Komitənin qarşısındakı izdiham görünür, həm də hərbi dənizçilərin qarşısını almaq üçün yaxşı mövqe idi.
Axır ki, dispetçerlikdən şəhərdə qırğınlar olduğunu və buqırğınların davam etdiyini bildirdilər.Bu dəhşətli xəbər bütün dənizçiləri sarsıtdı.Onların hiddətini cilovlamaq olmurdu.Əliyalın dənizçilərimiz gəmiləri tərk edib, vəhşilərlə əlbəyaxa vuruşmaq istəyirdilər.”Xəzərdənizneftdonanma” gəmiləri radio vasitəsilə bir-biri ilə əlaqə saxlayır, vəziyyətlə tanış olurdular.
Çox keçmədi ki, Bakı buxtasına yüzlərlə irili-xırdalı gəmi daxil oldu.Ağsaqqal kapitanlar dənizçiləri təmkinli olmağa çağırır, təkliflər verirdilər.Qısa vaxtda birgə hərəkət etmək üçün qərargah yaradıldı.Gəmilərin düzgün mövqe tutması ilə təcrübəli kapitanlardan bir neçəsi məşğul idi.
"Neft Daşları”ndakı neftçilər sahilə çıxmaq üçün dənizçilərdən gəmi tələb edirdilər.Neftçilər və dənizçilər artıq heç bir rəhbərliyə tabe olmurdular.Son bir neçə ildə kimin kimolduğunu başa düşmüşdülər.Donanmanın rəisi və rəhbər işçiləri yanvarın 20-də işə çıxmamışdılar.Donanmani bir neçə qabaqcıl kapitan idarə edirdi.”Sabit Orucov” sərnişin gəmisi qərərgah seçilmişdi.Bu gəmi Bakı limanının sərnişin vağzalında dayanmışdı.Sahildə bütün xəbərləri dənizçilər oradan alırdılar.Gəmilər radiotelefonla idarə edilirdi.Bizim bütün danışıqlarımıza hərbiçilər də qulaq asır, maqnitofona köçürürdülər.Hərbi dənizçilər arasında yüksək vəzifəli ermənilər də var idi.Onlar hər dəqiqə bizi hərbi dənizçilərlə üzbəüz qoymağa çalışırdılar.Hərdənbir bizimlə telefon əlaqəsinə girir, çaşdırıcı suallar verirdilər.
Tanklar və silahlı əsgərlərdən başqa şəhərdə heç kəs görünmürdü.Ara-sıra tanklardan atəş açılırdı.Sahildən "qırğınlar davam edir” xəbərini alırdıq.
Cəsarətli kapitanlar əməli iş görmək üçün bir sıra təkliflər irəli sürürdülər.Odur ki, yanvarın 20-də saat 20.00-da gəmilərin birində iclas keçirmək qərarına gəldik.İclasda bəzi təkliflər verildi.
"Neftqaz-18” gəmisinin kapitanı Gülağa Məcidov təklif etdi ki, dənizçilərin təcili tələbləri hazırlansın.”B.Babazadə sərnişin gəmisinin kapitanı Müzəffər Əliyev Bakıdakı qırğınları bütün dünyaya çatdırmaq üçün yollar axtarmağı, gəmilərin birindən "SOS” verməyi təklif etdi.Müdaxilə ərəfəsində Bakı teleradiostudiyasının enerji bloku partladılmış , ölkə informasiya mənbəyindən məhrum edilmişdi.”VİXR-12” gəmisinin kapitanı mərhum İbrahim Salayev təklif etdi ki, həyəcan siqnallarını kor-koranə vermək olmaz:”Təklif edirəm ki, siqnallar gündüzlər hər yarım saatdan bir 5 dəqiqə , gecələr hər saatdan bir 5 dəqiqə eyni vaxtda verilsin.”