Biz belə başa düşdük ki: hərbiçilər öz ailələrini Bakıdan ona görə çıxarırlar ki, yeni vəhşiliklərə əl atsınlar.Görünür, qırğın davam edəcək.Odur ki, biz həmin gəmilərin yoxlamadan sonra getməsinə razılıq verəcəyimizi bildirdik.Danışığa əsasən , bizim gəmimiz həmin gəmiləri yoxlayıb onlarla birlikdə Bakı buxtasından çıxmalı idi.Bizim tərəfimizdən bu işə "Babazadə” sərnişin gəmisinin heyəti və onun kapitanı Müzəffər Əliyev öhdələrinə götürdülər.Donanmanın hörmətli kapitanı Müzəffər Əliyev çox ağır bir işə əl qoyurdu.
Gəcə hər iki tərəfin razılığı ilə "Babazadə” gəmisi hərbi limana daxil oldu.Bu anlar, bu dəqiqələr çox qorxulu idi.Canilərdən hər nə desən gözləmək olardı.M.Əliyev oradan xəbər verdi ki, hərbiçilər təpədən-dırnağa kimi silahlanmış və döyüşə hazır vəziyyətdədirlər.Gəmini yoxlamağa da icazə vermirlər, bizi girov götürmək istəyirlər.
Təcili "Babazadə” gəmisindən sağ-salamat qayıtmasını tələb etdik.Gəmi qayıtdıqdan sonra : " Biz heç bir hərbi gəminin buxtadan çıxmasına icazə verməyəcəyik” deyə xəbərdarlıq etdik.
Belə olan halda hərbiçilər yeni hiyləyə əl atdıılar.Dedilər ki, guya iki hərbi gəmi gecə növbəsinə gedir.Onları buraxmaq lazımdır.Dənizçilərin möhkəm dayandıqlarını və rədd cavabını alan admiral V.V.Sidirov yeni bir cinayətə əl atdı.Dənizdən gələn bizim "Aktau” yedək gəmisini gülləbaran etdirdi.Xoşbəxtlikdən ölüm bu dəfə də yan keçdi.Ancaq gəmi sualtı hissəsindən deşildi.Dənizçilərin və kapitanın baş köməkçisi Maarif Xəlilovun fədakarlığı nəticəsində gəmi batmadı.
Artıq bir gün ərzində öz məkrli niyyətlərini həyata keçirə bilməyən general D.Yazov və admiral V.V.Sidirov M.Qorboçovun və bütün dünyanın qarşısında biabıır olmamaq , dənizçilərin mühasirəsini yarmaq üçün hər vasitəyə əl atmağa çalışırdılar.Öz mövqelərində möhkəm dayanan , ölümün gözünə dik baxan dənizçilərimizin arasına qarmaqarışıqlıq salmaq üçün hərbiçilər Bakı limanına bir hərbi gəmi buraxdılar.O dəqiqə döyüşə hazır olan "Neftqaz-30” , "Neftqaz-18” , "Neftqaz-64” və "ÜİLKGİ-nin 40 illiyi” güclü avtomat , raket atəşinə məruz qaldılar.Kapitan G.Məcidovun , R.Dəmirovun və digər kapitanların , bütün şəxsi heyətin cəsarəti və mətinliyi sayəsində hərbi gəmi öz yerinə oturduldu, hərbi gəmi taran nəticəsində batmaq təhlükəsi qarşısında qalaraq atəşi saxladı və tülkü kimi sivişib aradan çıxdı.
Döyüşdə dənizçilərimiz get-gedə mətinləşirdilər.Gecə döyüşündə məğlub olan admiral V.Sidirov taktikanı dəyişərək dənizçilərimizlə görüş təyin etmək məcburiyyətində qaldı.
Yanvarın 21-də saat 12.00-da xəbər tutduq ki, idarənin rəisi C.Məmmədov dəniz vağzalında "Sabit Orucov” gəmisindədir və mənimlə telefon əlaqəsinə girmək istəyir.Saat 12.30-da mən telefonla əlaqə saxladım.”Sabit Orucov” gəmisinin kapitanı M.Əliyev mənə xəbər verdi ki, rəisi təcili yardım maşını ilə xəstəxanaya göndərdik...
...1988-ci ilin təlatümlü noyabr günlərində idarənin rəhbərliyi bilmirdilər nə etsinlər.Xalqın tərəfinə keçsələr, öz kreslolarını itirəcəkdilər.Dövlət mövqeyini də qorumaq mümkün deyildi.Çünki artıq xalq hərəkətə gəlmişdi, küçə-meydanlar dalğalanırdı.Ümumiyyətlə, idarə rəhbərliyi ikili mövqe tutmuşdu.-nə "yardan doyur”, nə "əldən qoya” bilirdilər.1988-ci il noyabr ayının əvvəllərində dənizçilər bir neçə dəfə donanmanın ümumi yığıncağını çağırdılar.Bu yığıncaqlarda təklif olunurdu ki, donanmada işləyən qabaqcıl erməni nümayəndələri Yerevana getsinlər , orada yerli radio və televiziya ilə çıxış edib Baakıda onlara heç kimin toxunmadığını bildirsinlər.
Ermənistanda isə azərbaycanlıları ata-baba yurdlarından elliklə qovdular.Belə olan halda həmm donanmada işləyən ermənilər və həm də idarə rəhbərliyi , xüsusilə idarənin "partkomu” N.Böyükzadə dənizçilərin bu təkliflərinin əleyhinə çıxdılar.Dedilər ki, əgər donanmadan Yerevan nümayəndə heyəti gedərsə, onları Ermənistandan geri buraxmazlar.Hətta Yerevanda satqın kimi öldürərlər.Belə olan halda noyabrın 10-da liman-bazada dənizçilərin mitinqi keçirildi, orada mən də çıxış etdim və 300 nəfər dənizçinin imzaladığı etiraz aktını idarənin rəhbərliyinə təqdim etdim.Sonradan həmin sənədin taleyi məlum olmadı.Məndən sonra Faiq Balabəyli çıxış etdi.Sonra rəis də çıxış edərək dənizçilərlə bir olduğunu söylədi.
Dənizçilər hardan biləydilər ki, ermənilərə qarşı imzalanmış sənəd idarə rəhbərliyinin əlində bir "silah” olacaq, sonralar Azərbaycan KP MK-nın birinci katibi A.N.Mütəllibova "Xəzərdənizneftdonanma”idarəsinə arayış veriləcək, dəniz blokadasında iştirak edən vətənpərvər dənizçilərin hamısı "narkoman və ekstremist” elan ediləcəkdi(Arayış Az.KP MK-nınarxivində var). İdarə rəhbərliyi Azərbaycan milli hərəkatını boğmaq üçün əllərindən nə gəlirdisə etdilər.Belə ki, Moskvada yaranmış MTN-ə teleqram vuraraq 1990-cı ilin 20 Yanvarında azərbaycanlıları qanına qəltan edən qırmızı bolşeviklərin yenidən hakimiyyətə gəlmələrini alqışlayırdılar.
Xalq hərəkatı getdikcə güclənirdi.Dənizçilər də milli-azadlıq hərəkatında mıtinləşir və öz liderlərini üzə çıxarırdılar.Donanmada işləyən ermənilərə və onları müdafiə edən idarə "rəhbərliyinə” dənizçilərin nifrəti gündən-günə güclənirdi.Artıq fəal dənizçilərin adları DTK-ya verilmişdi.M.Əliyev, F.Bünyatov, H.Atakişiyev, E.Hüseynov, Murad Əliyev, Ağalar İbrahimov və bu sətirlərin müəllifi 20 Yanvar hadisələrinə kimi və ondan sonra da rus DTK-sı tərəfidən təqib olunurdular.