Bu il fevral ayının 2-də Milli Məclisdə "Reklam haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı. Azərbaycan Reklamçılar İttifaqının prezidenti, Beynəlxalq Reklamçılar Assosiasiyasının üzvü, professor Hacıəmi Atakişiyev qanun layihəsinin müzakirəyə çıxarılmasına münasibət bildirib.
Modern.az saytının məlumatına görə, H.Atakişiyev deyib ki, reklam məfhumu çox geniş bir sahəni əhatə edir. Küçədə, nəqliyyatda, efirdə, bir sözlə hər yerdə reklam var.
"İnsanların zövqü və təfəkkürü müxtəlif olduğu üçün reklama da münasibət fərqlidir. Hətta insanlar var ki, reklama nifrət edir. Məsələn, maraqlı bir serial yayımlanan zaman araya reklam girir və tamaşaçı əsəb keçirir.
Reklam latın sözü olub olan "reklamere”sözündən əmələ gəlib, mənası "qışqırmaq”, "çağırmaq” deməkdir. Reklam təkcə biznes, elm, mədəniyyət, yaradıcılıq deyil. O həm də bazarın hərəkətverici qüvvəsi olmaqla, daim öz dinamikliyi ilə ölkələr arasında məhsulların nəqli ilə bağlı, onların haqqında yaxşı, düzgün məlumatlar verən kütləvi bir işdir”.
Hacıəmi Atakişiyevin sözlərinə görə, Azərbaycan xalqının reklam tarixi də çox qədim dövrlərə söykənir.
"Azərbaycanda reklamın qədimliyini sübut edən saysız-hesabsız faktlar var. Polşa alimi Mark Belitski "Şumerlərin unudulmuş dünyası” kitabında qədim Mesopotamiya ərazisində çəkilmiş və Azərbaycanın Qobustan qaya rəsmlərinin tam təkrarları olan rəsmlər haqqında məlumat verir.
Qobustan qaya rəsmləri qədim abidələr olmaqla yanaşı, Azərbaycanın reklam tarixinin araşdırılımasında mühüm əhəmiyyətə malikdir.
Reklam məlumat verən fəaliyyət formasıdır. Bütün ölkələrdə hər millətə uyğun olaraq reklam formalaşır və müxtəlif adlarla təqdim edilir.
Azərbaycanın da özünün xüsusi reklam modeli var. Bu nə Çinə, nə Yaponiyaya, nə İngiltərəyə bənzəyir. Azərbaycanın da bir məmləkət olaraq özünün istehsal etdiyi məhsulları var ki, bu məhsulları təqdim etmək üçün özünəməxsus reklam formaları var.
Ona görə də bizdə bu daha sıx və konkret olaraq təqdim olunur. Televiziyalarımızda verilən reklamlar bu gün qaneedici deyil. Çünki Avropada artıq kompüter qrafikası ilə reklamlar çəkilmir. Böyük səhnələr qurulur 1-2 dəqiqəlik səhnələr üçün xüsusi pavilyonlar təşkil olunur və təqdim olunan raklam film təsiri bağışlayır. Ona görə də bu reklamlara insanlarda xüsusi bir maraq yaranır”.
H.Atakişiyev təəssüflə qeyd edib ki, Azərbaycanda hələ də cılız kompüter qrafikası ilə reklamlar çəkilir.
"Reklam montaj olunur səsələndirməsi də o qədər guclu deyil. Yəni diqqəti o qədər də çəkmir. Reklamda musiqinin rolu çox böyükdür. İkincisi, reklamda əsas vasitələrdən biri səsdi. Səsin stilistikası çox vacibdir. Və yaxud da ki, reklamın öz dilimizdə olmamasını qeyd edə bilərik.
Bu gün Azərbaycanda o qədər xarici dillərdə reklamlar var ki... Reklam olunan məhsulun sinxron tərcuməsini edə bilməmələrini, ya da bunu müasirlik kimi qələmə vermələrinr də mənfi hal kimi qiymətləndirmək olar. Bizdə fransızca, almanca, Türkiyə türkcəsində, əsasən də ingiliscə reklamlar daha çoxdur.
Mən dilin əksinə gedən insan deyiləm. Əksinə cox dil bilməyin lehinəyəm. Amma bizim Azərbaycan dili ilə bağlı qanunda deyilir ki, öncə Azərbaycan dilində yazmaq, sonra isə altında başqa dildə tərcüməsini vermək.
Məsələn, loqotip dediyimiz emblemlərdə belə hallara daha tez-tez rast gəlinir. İktoqramalarda da tərcümə verilmir. Məsələn, Gürcüstanda "Marlborro” siqaretinin reklamını gürcü dilində tərcumə ilə reklam edirlər. Altında isə sadəcə kicik hərflərlə "Marlborro” yazıblar. Onun nə olduğunu açıqlayıblar.
Hansı Avropa ölkəsində Azərbaycan dilində reklam görə bilərsiniz? Yadımdadı, bir dəfə biz Parisdə olanda maşınların üzərində Azərbaycanı təbliğ edən şüarlar vardı. Onları saxladılar və bizi cərimə etdilər - 60 frank. Baxanda böyük pul deyildi. Məcbur etdilər ki, orda fransızca yazaq.
İndi baxınŞ həmin sistemi Azərbaycanda tətbiq etsək, görün büdcəyə nə qədər vəsait yığılar. Və ya telecarxlarda o qədər səhv tərcumələr gedir ki… Ona görə də əsl reklam reklamın tələblərinə uyğun təqdim olunmalıdır”.
Hacıəmi Atakişiyev deyir ki, azərbaycanlı izləyici üçün reklam öz dilimzidə verilməlidir.
"Müzakirəyə çıxarılan qanun laqyihəsi Milli Məclisdə ilk oxunuşda olduğu üçün, təfərrüatlar tam olaraq acılmamışdı. Çox sevindirici hal idi ki, bu mövzu ilə bağlı 25-ə yaxın deputat çıxış üçün yazılmışdı. Reklama bu gün belə bir münasibət və maraq məni çox sevindirdi”.
Reklamçılar İttifaqının prezidenti deyir ki, sosial reklamlara da geniş yer verilməlidir. "İnsanlar bilməlidirlər ki, təhlükə nədən gələ bilər. Bir evdə baş verən qəza bəzən beş-altı evin partlayışına səbəb olur.
Ona görə də bu sosial reklamların verilməsi dövlət idarələrinin üzərinə düşür. Halbuki, qanunda yazilir 5 faizlik məlumat vermək olar və bu xidmət pulsuzdu. Heç bunu da edən yoxdur. Yəni televizorun ekranının 5 faizi nə ola bilər ki, kiçik sətiraltı bir yazi ola bilər”.