" Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi və Suraxanı rayonu Gənclər və İdman İdarəsi Xocalı soyqırımına həsr edilən "XX yüzilliyin böyük faciəsi” adlı birgə tədbiri keçirilib. Tədbiri keçirməkdə məqsəd Suraxanı rayon məktəblərində təhsil alan gənc və yeniyetmələri 23 il öncə Xocalıda baç verən soyqırımla bağlı maarifləndirmək olub. Təşkilatın sədri Samirə Mustafayevanın verdiyi məlumata görə, tədbir Xocalı soyqırımına məruz qalan vətəndaşlarımızın xatirəsini bir dəqiqəlik sükütla yad etməklə başlayıb. Daha sonra Suraxanı rayonu Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov gənclərə erməni qəsbkralarının vətəndaşlarımıza verdiyi işgəncələr, qətl və soyqırımla bağlı məlumat verib: " Bu 1992- ci ilfevralın 25- dən26- nakeçən gecəErmənistan silahlı qüvvələritərəfindən Rusiyanın 366- cı motoatıcı alayının iştirakı iləXocalı şəhəriniişğal edərkən,etnik azərbaycanlılaraqarşı baş vermiş soyqırımdır.
Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı minlərlə qurban verib. Fevralın26- nakeçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründənXankəndi şəhərində yerləşən 366- cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25- i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılıAğdamrayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63 -ü uşaq, 106- ı qadın, 70- i qoca və qarı olmaqla – 613 nəfər qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76- sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı isə itkin düşdü. Dövlətin və əhalinin əmlakına1 aprel1992- ciil tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan dəydi”- deyə O, bildirib. Tədbirdə çıxış edən " Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva isə bildirib ki, bu hadisə Azərbaycanda və qardaş Türkiyədə"Xocalı qətliamı","Xocalı soyqırımı" kimi anılır. Ermənistanda isə bu əməliyyat "Xocalı döyüşü","Xocalı hadisəsi"terminləri ilə ifadə olunur. Qərb və dünya mətbuatı"Xocalı qətliamı"(ing."Khojaly Massacre",fr."Massacre de Khodjaly") terminindən istifadə etməyə üstünlük verir: «Erməni qəsbkarları Xocalını yer üzündən silməklə bir bölgənin əhalisini yer üzündən sildi. Amma ürəklərimizdən silə bilmədi. Biz işğal edilmiş torpaqlarımızı düşməndən geri alacağıq. O gün uzaqda deyil”-,deyə bildirib.
Tədbirdə iştirak edən Suraxanı rayon məktəbliləri şəhidlərimizə həsr edilən vətənpərvər şeirlərlə çıxış ediblər. Tədbirin sonunda Xocalı soyqırımına həsr edilən inşa, rəsm və bədi qiraət üzrə müsabiqənin qaliblərinə fəxri- fərmanlar verilib.